Modern.az

Güclü külək elektrik dirəklərini aşırdı - Kəndlər işıqsız qaldı

Güclü külək elektrik dirəklərini aşırdı - Kəndlər işıqsız qaldı

24 Mart 2018, 23:39

Güclü külək bir neçə rayonda fəsadlara səbəb olub.

"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, günorta saatlarından etibarən başlayan güclü külək Gədəbəy, Daşkəsən və Tovuz rayonlarında elektrik xətlərini zədələyib.

Onun sözlərinə görə, bəzi kəndlərdə elektrik dirəkləri aşıb, enerji verilişi dayanıb:

““Azərişıq” ASC-nin qaldırıcı kranları bərpa işləri apararkən güclü külək evlərin fasadlarını maşınların üstünə aşırıb. Buna baxmayaraq fəsadların aradan qaldırılması üçün tədbirlər davam etdirilib və bir sıra kəndlərdə elektrik enerjisinin verilişi bərpa edilib”.

Qeyd edək ki, güclü küləyin sabah da davam etməsi gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?