Modern.az

ABŞ səfirliyi tarixi hamamı bərpa etdirdi

ABŞ səfirliyi tarixi hamamı bərpa etdirdi

26 Mart 2018, 14:48

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin dəstəyi ilə bərpa edilmiş Qubada yerləşən tarixi Gümbəzli hamamın açılış mərasimi keçirilib.

 

Modern.az-ın məlumatına görə, hamamın bərpası ABŞ Səfirlərinin Mədəni irsin Qorunması Fondunun maliyyə dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq şəklində həyata keçirilib.

 

Açılış mərasimində çıxış edən Quba icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev vurğulayıb ki, Qubanın qədimdən mədəni və multikultural kökləri olub. Onun sözlərinə görə, bu dəyərlərin gələcək nəslə ötürülməsi üçün belə abidələr bərpa edilir, qorunub saxlanılır.

 

Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, Azərbaycanda elə bir tarixi abidə olmaz ki, ona hörmət edilməsin, qorunmasın:

 

“Bu abidə yerli xalqın memarlıq istedadından xəbər verir. Bu abidələr bizim sərvətimizdir, kökümüzü ifadə edən rəmzlərdir. Azərbaycan hər zaman multikultural ənənələrə sadiq olan torpaq olub. Qubada yerləşən bu abidənin bərpasına xarici ölkənin gücünün cəlb olunması bu rayonda mövcud olan mühitə hörmət əlaməti kimi qəbul olunmalıdır”.

 

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta çıxışında bildirib ki, səfirlərin borcu tək ölkələr deyil, ölkələrin sadə xalqları arasında da əlaqələri gücləndirməkdir:

 

“Ən gözəl bağlardan biri məhz mədəniyyət vasitəsi ilə qurulur. Tarix hamımızı bir araya gətirir. dünyada elə pisniyyət qüvvələr var ki, onlar xalqları bir birindən ayrı salmağa çalışır. bunun fonunda Qubanın təqdim etdiyi ənənə getdikcə daha böyük əyəmiyyət daşıyır. Azərbaycanda tarixən mövcud olan tolerantlıq və müxtəlif xalqların birgə yaşaması dünyada bir sıra ölkələr üçün nümunədir. bu layihə sadəcə ABŞın layiyə dəstək verməsi deyil həm fə ABŞ sakinlərinin Azərbaycanı daha yaxından öyrənməsi baxımından mühüm rol oynayır. Layihəyə 2014cü ilin martından başlayıb. Bərpa edildikdən sonra sənətkarlıq, turizm mərkəzi kimi yerli iqtisadiyyatın inkişafına təkan verəcək məkan kimi istifadəyə veriləcək. Hamamın bərpası ölkələrimiz arasında dostluğun simvolu olacaq”.

 

 Daha sonra hamamın açılışı baş tutub. Qonaqlar bərpa edilmiş bina ilə tanış olublar 2 gümbəzli hamam bişmiş qırmızı kərpiclə XIX əsrdə inşa edilib. Ötən əsrin 80 illərinə kimi fəaliyyət göstərib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır