Modern.az

ABŞ səfiri Azərbaycanla VİDALAŞDI: “Ailəmlə birgə mütləq yenə gələcəyik”

ABŞ səfiri Azərbaycanla VİDALAŞDI: “Ailəmlə birgə mütləq yenə gələcəyik”

Aktual

26 Mart 2018, 15:47

 Azərbaycanda fəaliyyətim müddətində yadda qalan hallardan biri Azərbaycan və ABŞ arasında əlaqələrin yaxşılaşdırılması və inkişaf etdirilməsidir. Diplomatik sahədə nə qədər iş görülsə də həmişə əlaqələri genişləndirmək üçün imkanlar var".

 

Modern.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

 

O səfirlik missiyasının bitməsindən də söz açıb. "Hər bir ailə üzvümüz Azərbaycanı sevib və biz mütləq qaydada başqa bir qisimdə ailəmlə birgə gələcəyik. 3 il ərzində ikitərəfli münasibətlərin inkişafında rolu olan bir şəxs olaraq bu münasibətlərin inkişafı məni yaxından maraqlandırır".

 

Səfir gələcək planlarının nə olacağı ilə bağlı suala da cavab verib: "Görüləsi işlər çoxur. Baxıb götür-qoy edib hansı işlərlə məşğul olmaq mümkündürsə onunla məşğul olacağam".

 

Qeyd edək ki, Robert Sekuta martın sonlarında səfirlik missiyasının bitməsi ilə əlaqədar Azərbaycanı tərk edəcək.

New layer...
"New layer...
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır