Modern.az

Hollivud tarixinin ən uğurlu döyüş franşizaları - FOTOLAR

Hollivud tarixinin ən uğurlu döyüş franşizaları - FOTOLAR

26 Mart 2018, 16:08

Bəzən film qəhrəmanını macəraları bir filmlə kifayətlənmir və bir neçə hissədən ibarət olur. Hollivudda eyni qəhrəmanın iştirakı ilə çəkilən belə silsilə filmlərə franşiza deyilir.

Onların bəziləri bədii əsərlərin, bəziləri isə orijinal ssenarilərin motivləri əsasında çəkilir. Hollivud tarixinin ən uğurlu franşizalarını təqdim edirik.

 

Ən uğurlu döyüş filmlərindən danışarkən ekşn filmləri üçün yeni standartlar müəyyənləşdirən “Məğlubedilməz” (Die Hard) filminin adını çəkmək olar. 1988-ci ildə ekranlara çıxan film rejissor Con Maktirnan tərəfindən yazıçı Roderik Torpun “Heç nə əbədi deyil” romanının motivləri əsasında çəkilmişdi. Yaxınlarda 63 yaşını qeyd etmiş məşhur ulduz aktyor Brüs Uillisin canlandırdığı polis əməkdaşı Con Makleynin Los-Ancelesdəki göydələnlərdən birində 20 nəfəri, o cümlədən baş qəhrəmanın həyat yoldaşını girov götürümüş siyasi terrorçularla mübarizə aparmalı olur. Döyüş səhnələri ilə zəngin olan film izləyiciləri sona qədər həyəcan içində saxlamışdı. “Məğlubedilməz” filmi 28 milyon dollar büdcə ilə çəkilsə də, kinoteatrlarda nümayişindən 140 milyon dollar gəlir qazanaraq ciddi maliyyə zəfəri qazanmışdı.

 

Brüs Uillisin obrazını yumorla zənginləşdirməsi, ekşn dolu səhnələr, terrorçuların rəhbəri obrazını (Hans Qruber) məharətlə yaradan mərhum aktyor Alan Rikmanıln perfomansı, “Məğlubedilməz” filminin əsas uğur faktorları olur. Film həmin vaxta qədər tamaşaçıların daha çox yumoristik “Detektiv agentliyi – ay işığı” serilaından tanıdıqları aktyor Brüs Uillisin Hollivudun ən tanınan simalarından birinə çevrilməsinə yol açır. 90-cı illərdə Brüs Uillis əsasən döyüş və kriminal janrında olmaqla, müxtəlif səpkili filmlərdə yer alaraq milyonlarla tamaşaçının sevgisini qazanır. 

 

Ümumdünya uğuru fonunda “Məğlubedilməz” (Çətin ölüm) filminin növbəti hissələri çəkilir. Rene Harlin 1990-cı ildə “Məğlubedilməz 2”, ilk filmin rejissoru Con Maktirnan 1995-ci ildə “Məğlubedilməz 3”, 2007-ci ildə Len Uayzman  “Məğlubedilməz 4” və 2013-cü ildə rejissor Con Mur “Məğlubedilməz 5” filmini çəkir. Franşizanın bütün filmlərində Brüs Uillis Con Makleyn obrazını uğurla canlandırır. Buna görə döyüş franşizasının hər bir filmi beynəlxalq prokatda 300 milyon dollar səddini uğurla aşır.

 

Hazırda Brüs Uillisin yenidən sevimli Con Makleyn obrazına geri dönüşü barədə müzakirələr gedir. “Məğlubedilməz: Birinci il” adını almış yeni filmin təxmini olaraq 2019-cu ilin fevralında tamaşaçılara təqdim olunacağı bildirilir. Franşizanın davamını bundan əvvəl “Məğlubedilməz 4” filminin rejissoru olmuş Len Uayzmanın çəkəcəyi məlumdur. Çəkilişləri Tokio və Nyu-Yorkda aparılan filmin ssenaristi Roderik Torp olacaq. Maraqlıdır ki, ssenariyə görə hadisələr 1979-cu ildə və günümüzdə olmaqla, 2 zaman kəsiyində cərəyan edəcək. Filmin yaradıcıları Uillisin qəhrəmanın gənclik illərinə geniş yer ayıracaqlar. Bu rolu gənc aktyorlardan birinin canlandıracağı gözlənilir. Brüs Uillisin məmnuniyyətlə yenidən Con Makleyn obrazına geri döndüyü xəbərlər arasındadır.

“Məğlubedilməz” franşizası 30 illik tarixi və 6 filmi ilə Hollivud tarxinin ən uğurlu layihələrindən sayılır.  

 

Silvestr Stallone 1976-cı ildə ssenaristi və baş rol ifaçısı olduğu “Rokki” dramı ilə Hollivun Olimpinin zirvəsinə qalxdı. Bu uğurdan sonra aktyor çoxsaylı film təklifləri almağa başladı. Onlar arasında gələcəkdə uğurlu franşizaya çevriləcək “Rembo” filmi də var idi. Silvestr Stallonenin baş rolununu oynadığı “Rembo: İlk qan” filmi 1982-ci ilin oktyabrında dünya ekranlarına çıxmışdı. Vyetnam müharibəsinin veteranı Con Rembonun macəralarında bəhs edən döyüş filmi yazıçı Devid Morellonun romanı əsasında çəkilmişdi. 15 milyon dollar büdcəyə malik filmin ilk hissəsinin dünya prokatında 125 milyon dollardan çox gəlir əldə etməsindən sonra prodüserlər “Rembo” filminin davamını çəkməyi qərara alırlar.

Nəticədə, “Rembo 2” (1985), “Rembo 3” (1988) və “Rembo 4” (2008) filmləri işıq üzü görür. “Rembo 4” istisna olmaqla, franşizanın ilk 3 filmi Devid Morellonun əsərləri əsasında çəkilib. Sonuncu filmdə Con Rembo rolunun əvəsiz ifaçısı olan Silvestr Stallone ssenarist və rejissor kimi də özünü sınayır. Franşizanın hər 4 filmi dünya prokatında uğur qazanıb və hər dəfəsində 100 milyon dollardan çox gəlir qazanıb. 

Hollivuddan gələn son xəbərlərə görə hazırda Nuİmage/Millenium Films kinostudiyası klassik franşizanı ekranlaşdırmaq istəyir. “Rembo: Yeni qan” adlanacaq filmi rejissor Bruks Maklaren və ssenarist Ariel Vromen icra edəcək. Yeni filmdə Silvestr Stalloneni yeni gənc ulduzun əvəz edəcəyi bildirilir.

 

Hollivudun ən uğurlu silsilə döyüş filmləri arasında Tom Kruzun baş rolunu aldığı “Çətin tapşırıq” franşizasının da adını çəkmək lazımdır. İlk hissəsi hələ 1996-cı ildə əfsanəvi rejissor Brayan De Palma tərəfindən çəkilmiş bu film 1966-1973-cü illərdə ekranala çıxan eyniadlı teleserialın motivləri əsasında çəkilib. Bütün filmlərdə Tom Krunuz canlandırdığı xüsusi xidmət orqanı əməkdaşı İtan Xant təhlükəli missiyaların öhdəsindən gələrək sağ qalmağa çalışır.

“Çətin tapşırıq” filminin ilk hissəsi 80 milyon dollar büdcə qarşılığında dünya prokatında 456 milyon dollar gəlir əldə etmişdi. “Çətin tapşırıq 2” filmi (2000-ci il) 546 milyon dollar, “Çətin tapşırıq 3” filmi 397 milyon dollar, Çətin tapşırıq 4: Fantom protokolu” 694 milyon dolar və “Çətin tapşırıq 5: Qovulanlar tayfası” isə 682 milyon dollar toplayıb. Filmin son hissələrində Tom Kruzun tərəf müqabillləri arasında Rebeka Fergusson, Ceremi Renner, Saymon Peq və Vinq Reymsin adını çəkmək olar.

 

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir