Modern.az

40 ölkədə bir milyard avrodan çox pul oğurlayan haker həbs edildi

40 ölkədə bir milyard avrodan çox pul oğurlayan haker həbs edildi

27 Mart 2018, 00:15

Dünyanın 40 ölkəsinin 100 maliyyə idarəsindən oğurluq edən ukraynalı haker İspaniyada həbs edilib.

“Kompüter mühəndisi” 1 milyard avrodan çox dəyərində maliyyənin oğurlanmasına nail ola bilib. Haker xüsusi proqramlarla bankomat və elektron ödəniş sistemlərinə daxil olmağı bacarıb.

İspaniya polisi tərəfindən həbs edilən haker həmin ölkənin həbsxanasında saxlanılır. İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, o, təkcə Rusiyanın 300-400 bankına haker hücumu edib və 50 bankdan pul çıxarmağa nail olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir