23 sentyabr 2018, Bazar
Ana Səhifə - PARLAMENT - İnformasiya məhsullarının yaş təsnifatı - Yeni qanun LAYİHƏSİ   
İnformasiya məhsullarının yaş təsnifatı - Yeni qanun LAYİHƏSİ   
27.03.2018, 10:57

Azərbaycanda informasiya məhsulunun yaş təsnifatı açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin 5-ci (informasiya məhsulunun yaş təsnifatı) maddəsinə əsasən, uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsullarının yaş təsnifatı aparılır. İnformasiya məhsullarının yaş kateqoriyasına uyğun təsnifatı müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınaraq aşağıdakı kimi aparılır:

 

1. “universal” – istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmur,

2. “6 yaşadək” altı yaşı tamam olmamış uşaqlar arasında dövriyyəsinə yol verilir,

3. “6 yaşdan” – altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,

 4. “12 yaşdan” – on iki yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,

5. “16 yaşdan” – on altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,

 6. “18 yaşdan” – uşaqlar arasında dövriyyəsinə yol verilmir. İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması onun istehsalçıları tərəfindən həmin məhsulun Azərbaycan Respublikasının ərazisində dövriyyəsindən əvvəl müstəqil şəkildə həyata keçirilir.

 

İnformasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkə ərazisində yaya bilməz. İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması zamanı aşağıdakılar qiymətləndirilir:

 

1. informasiya məhsulunun mövzusu, janrı, məzmunu və bədii tərtibatı,

2. informasiyanın müəyyən yaş kateqoriyasına aid uşaqlar tərəfindən mənimsənilməsinin xüsusiyyətləri,

3. informasiyanın uşaqların sağlamlığına və fiziki, psixi, əxlaqi inkişafına zərər vurma ehtimalı. Təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsullarının qiymətləndirilməsi bu qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının təhsil haqqında qanunvericiliyən uyğun aparılır.

Qanun layihəsinin 6-cı (İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi) maddəsinə əsasən isə “Universal” yaş kateqoriyasına aid informasiya məhsullarına uşaqların sağlamlığına və inkişafına ziyan vurmayan ümumi istifadə üçün nəzərdə tutulmuş informasiya məhsulları aid edilir.

 

“18 yaşdan” kateqoriyasına bu qanunun 4.2-ci (Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir:

 

Zorakılığı və qəddarlığı təbliğ edən informasiya, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya, ailə institutunu nüfuzdan salan informasiya, əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya, pornoqrafik xarakterli informasiya.) maddəsinə əsasən uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiya məhsulları aiddir.

 

İnformasiya məhsulu yalnız bir yaş kateqoriyasına aid edilir. İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanun layihəsinin 7-ci (İnformasiya məhsulunun işarələnməsi) maddəsində informasiya məhsulunun necə işarələnməsi əksini tapıb. İnformasiya məhsulunun işarələnməsi informasiya məhsulunun istehsalçısı və ya yayıcısı tərəfindən məhsulun və onun qablaşdırmasının üzərinə müvafiq yaş kateqoriyasına uyğun aşağıdakı işarələrdən birininaydın şəkildə seçilən təsvirini yerləşdirməklə həyata keçirilir:

 

1. “6 yaşadək”- “6-” işarəsi çevrədə,

2. “6 yaşdan”- “6+” işarəsi çevrədə,

3. “12 yaşdan”- “12+” işarəsi çevrədə,

4. “16 yaşdan”- “16+” işarəsi çevrədə, 5. “18 yaşdan”- “18+” işarəsi rombda.

 

Ölkə ərazisində istehsal olunan kompüter və digər elektron oyunların işarələnməsi satışa çıxarılmazdan, istehlakçıya təqdim edilməzdən və ya şəbəkəy yerləşdirilməzdən əvvəl həyata keçirilməlidir. Aşağıdakılar istisna olmaqla, informasiya məhsulunun işarələnmədən ölkə ərazisində yayılması yol verilməzdir:

 

1.“Universal” yaş kateqoriyasına aid informasiya məhsulu,

2. təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsulları,

3. canlı efirdə yayımlanan televiziya verilişlərinin informasiya və əyləncə proqramları,

4. radio vasitəsi ilə yayılan informasiya məhsulları,

5. reklam və reklam xarakterli materiallar,

6. mədəni-kütləvi tədbirlər vasitəsilə yayılan informasiya məhsulları,

7. internet və sellülar (mobil) rabitə şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları (kino, televiziya və video filmlər (animasiya filmləri də daxil olmaqla), kompüter və digər elektron oyunlar istisna olmaqla),

8. bədii-ədəbi jurnallar və komikslər istisna olmaqla, təsviri incəsənət və bədii ədəbiyyat əsərləri. İnformasiya məhsulunun mədəni-kütləvi tədbirlər vasitəsilə yayılması, onun aid edildiyi yaş kateqoriyasına dair işarənin tədbirin keçirilməsi barədə afişaların və digər elanların, həmçinin onu ziyarət etmək hüququ verən biletlərin, dəvətnamələrin və digər sənədlərin üzərində yerləşdirmək yolu ilə həyata keçirilir.

 

Bir neçə hissədən ibarət olan və müxtəlif yaş kateqoriyalarına aid edilən informasiya məhsulunun nümayişi həmin informasiya məhsulunda əks olunan, daha yuxarı yaş kateqoriyasına aid informasiya məhsulunun işarəsi ilə işarələnməklə həyata keçirilir.

 

Qanun layihəsinin 8-ci (İnformasiya məhsulunun işarələnməsinin xüsusiyyətləri) maddəsində isə qeyd olunur ki, mətbu nəşrlərin yaş kateqoriyasına görə işarəsi aydın seçilən şəkildə və mətbu nəşrin adının şriftinə uyğunlaşdırılmış qaydadanəşrin birinci və ya titul səhifəsində yerləşdirilir. İnformasiya məhsulunun yayımçıları televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti barədə xəbərdarlığa dair mətnin yerləşdirilməsini təmin etməyə borcludur. Audiovizual informasiya məhsulunun yaş kateqoriyasına uyğun uyğun işarəsi onun nümayişindən əvvəl və hər reklam fasiləsindən sonra üç dəqiqə müddətində ekranın künc hissəsində göstərilir.

 

8.4. İnformasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsi aşağıda göstərilənlərin beş faizindən az olmayan sahəsini tutmalıdır:

 

1. Teatrların, kino və video nümayişlərin və digər mədəni-kütləvi tədbirlərin afişalarının və repertuar haqqında digər elanların, o cümlədən giriş biletlərinin, dəvətnamələrin və ziyarət hüququ verən digər sənədlərin,

2. audivizual əsərin, kompüter və ya digər elektron oyunların, kompüter proqramlarının elektron daşıyıcılarının və qablaşdırılmasının.

 

Qanun layihəsi yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq. Parlament layihəni qəbul edərsə, 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək.

 


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Atdan yıxılan çoban ağır xəsarət aldı
23.09.2018, 00:39

Atdan yıxılan çoban ağır xəsarət aldı

Dəhşətli virus 100 il sonra yenidən qayıda bilər
23.09.2018, 00:26

Dəhşətli virus 100 il sonra yenidən qayıda bilər

Övladına məktəbli geyimi ala bilməyən ata intihar etdi
23.09.2018, 00:03

Övladına məktəbli geyimi ala bilməyən ata intihar etdi

Qrenlandiyada buzlar sürətlə əriyir
22.09.2018, 23:42

Qrenlandiyada buzlar sürətlə əriyir

Hicab geyinən kişi bankı qarət etdi
22.09.2018, 23:15

Hicab geyinən kişi bankı qarət etdi

Xamenei terrora görə ABŞ-ı ittiham etdi
22.09.2018, 22:58

Xamenei terrora görə ABŞ-ı ittiham etdi

Avtobus qəzasında 13 nəfər öldü
22.09.2018, 22:41

Avtobus qəzasında 13 nəfər öldü

Mübahisə edən iki baş məşqçi meydandan qovuldu
22.09.2018, 22:27

Mübahisə edən iki baş məşqçi meydandan qovuldu

Qarabağda erməni əsgəri öldürüldü
22.09.2018, 22:14

Qarabağda erməni əsgəri öldürüldü

Saatlı sakini qaynanasını qətlə yetirdi, həyat yoldaşını yaraladı
22.09.2018, 21:58

Saatlı sakini qaynanasını qətlə yetirdi, həyat yoldaşını yaraladı

“Qarabağ”ın  oyununa 10 min bilet satıldı
22.09.2018, 21:45

“Qarabağ”ın  oyununa 10 min bilet satıldı

Hərbi paraddakı partlayışda ölənlərin sayı 28-ə çatdı
22.09.2018, 21:29

Hərbi paraddakı partlayışda ölənlərin sayı 28-ə çatdı

Əbülfəs Qarayev Moskvada müzakirələr apardı
22.09.2018, 21:12

Əbülfəs Qarayev Moskvada müzakirələr apardı

Leyla Əliyeva Beynəlxalq Sülh Gününə həsr olunan tədbirdə - FOTOLAR
22.09.2018, 20:56

Leyla Əliyeva Beynəlxalq Sülh Gününə həsr olunan tədbirdə - FOTOLAR

Bakıda ana 8 yaşlı qızını bu səbəbdən CƏZALANDILRDI
22.09.2018, 20:34

Bakıda ana 8 yaşlı qızını bu səbəbdən CƏZALANDILRDI

Tahir Süleymanov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
22.09.2018, 20:31

Tahir Süleymanov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Azərbaycan paracüdoçusuna  yeddinci dan qara kəmər verildi 
22.09.2018, 20:19

Azərbaycan paracüdoçusuna  yeddinci dan qara kəmər verildi 

Milli Məclisin komitə sədri AŞPA tədbirinə qatılacaq
22.09.2018, 20:03

Milli Məclisin komitə sədri AŞPA tədbirinə qatılacaq

FHN çarpayıdan yıxılan ağır çəkili kişini xilas etdi
22.09.2018, 18:00

FHN çarpayıdan yıxılan ağır çəkili kişini xilas etdi

Prezident Bakıda Dünya Çempionatını izlədi
22.09.2018, 17:56

Prezident Bakıda Dünya Çempionatını izlədi

Prezident Səudiyyə Ərəbistanının Kralını və Vəliəhdini təbrik edib
22.09.2018, 17:45

Prezident Səudiyyə Ərəbistanının Kralını və Vəliəhdini təbrik edib

Libermanın Azərbaycan səfərinin nəticələri Yerevanda təşviş yaradıb
22.09.2018, 17:38

Libermanın Azərbaycan səfərinin nəticələri Yerevanda təşviş yaradıb

Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada öldü
22.09.2018, 17:31

Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada öldü

İlham Əliyev İran prezidentinə başsağlığı verdi
22.09.2018, 17:14

İlham Əliyev İran prezidentinə başsağlığı verdi

Moskva tarixinin ən isti payızını yaşayır
22.09.2018, 17:00

Moskva tarixinin ən isti payızını yaşayır

“Florens” qasırğasının vurduğu zərər hesablandı
22.09.2018, 16:40

“Florens” qasırğasının vurduğu zərər hesablandı

Türkiyədə "Google" milyon dollar cərimələndi
22.09.2018, 16:25

Türkiyədə "Google" milyon dollar cərimələndi

Ermənistanda Futbol Federasiyasına yeni prezident seçildi
22.09.2018, 16:09

Ermənistanda Futbol Federasiyasına yeni prezident seçildi

“Arxivdə Azərbaycandakı “KQB” agenturası barədə izlər hələ də qalır”
22.09.2018, 16:04

“Arxivdə Azərbaycandakı “KQB” agenturası barədə izlər hələ də qalır”

Bakıda xuliqanlıq edən şəxs tutulub
22.09.2018, 15:53

Bakıda xuliqanlıq edən şəxs tutulub

İŞİD İrandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürdü
22.09.2018, 15:42

İŞİD İrandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürdü

İranda hərbi parada silahlı hücum – Ölənlər var - VİDEO+YENİLƏNİB
22.09.2018, 15:24

İranda hərbi parada silahlı hücum – Ölənlər var - VİDEO+YENİLƏNİB

Yenot hər kəsi qorxuya saldı - VİDEO
22.09.2018, 15:20

Yenot hər kəsi qorxuya saldı - VİDEO

Neftin qiyməti yenidən 100 dolları keçə bilər - PROQNOZ
22.09.2018, 15:11

Neftin qiyməti yenidən 100 dolları keçə bilər - PROQNOZ

Hadi Rəcəbli Maltalı deputatları müşaiyət etdi
22.09.2018, 14:59

Hadi Rəcəbli Maltalı deputatları müşaiyət etdi

ARXİV