Modern.az

Hadı Rəcəblidən ETİRAZ: “Niyə fikirlərimi təhrif edirlər, mən başqa cür demişəm axı...”

Hadı Rəcəblidən ETİRAZ: “Niyə fikirlərimi təhrif edirlər, mən başqa cür demişəm axı...”

28 Mart 2018, 16:54

Bu gün bəzi mətbuat orqanlarında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin sosial şəbəkələrin bağlanmasına çağırış edən açıqlaması yayılıb. Bu açıqlama geniş ictimai müzakirəyə səbəb olub.

Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az-a açıqlamasında fikirlərinin təhrif olunduğunu vurğulayıb.

Deputat bildirib ki, o, “Sosial şəbəkələri bağlamaq lazımdır!” sözlərini deməyib.


“Çox təəssüflər olsun ki, mənim fikirlərim yenə təhrif olunub və konteksdən çıxarılaraq, bəzi saytlarda yayımlanıb. Bu fikirlər insanları çaşdırır. Mən demişəm ki, tərbiyəsizlik edən, qanunları pozan, hüquqi normaların əleyhinə olan saytlar və Facebook-dakı bəzi səhifələr qanunlar daxilində bağlanmalıdır. Mən deməmişəm ki, ümumiyyətlə sosial şəbəkələri bağlamaq lazımdır. Bu düzgün yanaşma deyil. Mənim sözümü niyə təhrif edirlər axı? Mən heç vaxt o sözü deməmişəm. Demokratik cəmiyyətin elementlərindən biri də saytlar, sosial şəbəkələrdir. Amma burada da qanun olmalıdır. Mən açıqlamamda demişəm ki, xaricdən Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparan şəxslər söyüş söyürlər. Bu da Azərbaycan mentalitetinə uyğun gəlmir. Bildirmişəm  ki, həmin sözləri deyən, iftira və yalanlar yağdıran saytların bağlanması hüquqi qaydalar və qanunlar daxilində olmalıdır”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir