Modern.az

Heydər Əliyev Ukraynanı necə xilas etdi? – Eks-baş nazirdən maraqlı AÇIQLAMA

Heydər Əliyev Ukraynanı necə xilas etdi? – Eks-baş nazirdən maraqlı AÇIQLAMA

29 Mart 2018, 09:12

“Ukrayna heç zaman Heydər Əliyevin ölkəmizə göstərdiyi diqqət və qayğını unutmayacaq”.

 

Modern.az saytının məlumatına görə, bunu haqqın.az-a açıqlamasında Ukraynanın keçmiş baş naziri Anatoli Kinax deyib.

 

Eks-baş nazir bildirib ki, Ukrayna 1997-ci ildə məhz Heydər Əliyevin sayəsində dənli bitki məhsullarını yığa bilib.

 

“O zamanlar Rusiya Ukraynaya satdığı yanacağın qiymətini bahalaşdırmışdı. Biz buna görə də başqa mənbələr axtarırdıq. Məsələni ləngitmək olmazdı, çünki bərk isti idi və məhsul yığımı başlamalı idi”-deyə A.Kinax bildirib.

 

O qeyd edib ki, həmin dövrdə Ukrayna prezidenti olmuş Leonid Kuçma Heydər Əliyevə zəng vurdu və yanacaq üçün kömək istədi.

 

“Həmin zaman Azərbaycanın özündə də biçin vaxtı idi. Lakin Heydər Əliyev hökumətə tapşırıq verdi və qısa müddətdə bizə yanacaq çatdırıldı. Ukrayna fermerləri indiyə qədər Azərbaycan rəhbərliyinin xoş niyyətli jestini xatırlayır”.

 

Keçmiş hökumət başçısı onu da söyləyib ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan-Ukrayna münasibətlərinin möhkəmləndirilməsi üçün əlindən gələni edir.

 

“Bilirəm ki, bir müddət sonra (11 apreldə) Azərbaycanda prezident seçkiləri olacaq. Əminəm ki, Azərbaycan xalqı yenidən doğru seçimini edəcək. Heydər Əliyevin və İlham Əliyevin sayəsində Azərbaycan regionda olan neqativ proseslərdən uzaq durmağı bacardı. Onlar dövlətin güclənməsi üçün xalqı birləşdirməyi bacardı”-deyə qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı