Modern.az

Britaniya şirkətinin əməkdaşları Qarabağda minaya düşdülər: 3 ölü, 2 yaralı

Britaniya şirkətinin əməkdaşları Qarabağda minaya düşdülər: 3 ölü, 2 yaralı

Qarabağ

29 Mart 2018, 12:10

Böyük Britaniyaya məxsus “Halo Trust” beynəlxalq humanitar minatəmizləmə şirkətinin 3 əməkdaşı həlak olub.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisənin Azərbaycanın işğal altındakı keçmiş Ağdərə rayonu istiqamətində baş verdiyi bildirilir. Mina təmizləmə zamanı “Halo Trust” şirkətinin 3 əməkdaşı həlak olub, 2 əməkdaşı isə ağır xəsarət alıb.


Təşkilatın Xankəndində yerləşən ofisindən verilən məlumata görə, hazırda bütün əməkdaşlar hadisə yerinə gedib.

 

Ölən və xəsarət alanların adları və milliyəti dəqiqləşdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir