Modern.az

Rusiyalı Komitə sədrindən ETİRAF: “Ermənistana 1 milyard dollarlıq silah-sursat verilib”

Rusiyalı Komitə sədrindən ETİRAF: “Ermənistana 1 milyard dollarlıq silah-sursat verilib”

Hadisə

30 Mart 2018, 13:56

“İzvestiya” qəzeti Rusiyanın Azərbaycana və Ermənistan ötürdüyü silahlarla bağlı analitik məqalə yazıb.

 

Modern.az qəzetə istinadən xəbər verir ki, məqalədə son vaxtlar barəsində çox danışılmış silah müqavilələri ilə yanaşı, 90-cı illərdə Moskvanın Yerevana verdiyi silahlar barəsində də məlumatlar var.

“1992-ci ildə SSRİ-nin hərbi texnikası üzv ölkələr arasında bölüşdürüldükdən sonra da Ermənistan Moskvadan yeni silahlar alıb. Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Lev Roxlin 1997-ci ilin aprelində parlamentdə açıqladığı siyahıya əsasən, Ermənistana 1 milyard dollar dəyərində silah-sursat verilib”.

 

Qeyd olunur ki, həmin silahlar arasında 80 T-72 tankı, PDM-lar, 120-yə qədər reaktiv yaylım atəşi sistemi və 10 min avtomat yer alıb.   

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı