Modern.az

İlham Əliyev və Ruhaninin avtomobil zavodunu işə salması – Azərbaycanda maşınların qiyməti UCUZLAŞACAQ

İlham Əliyev və Ruhaninin avtomobil zavodunu işə salması – Azərbaycanda maşınların qiyməti UCUZLAŞACAQ

30 Mart 2018, 14:07

Dünən Heydər Əliyev Mərkəzində Azərbaycan-İranbiznesforumu keçirildi. Forumda Neftçala Sənaye Məhəlləsində görülən işləri əks etdirən videoçarx göstərilib. Prezident İlham Əliyev və prezident Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində inşa olunan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə “Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basıblar.

Yeni avtomobil zavodu Azərbaycan iqtisadiyyatı üçün nələr vəd edir?


Tanınmış iqtisadçı Vüqar Bayramov Modern.az
saytına açıqlamasında bildirib ki, “Xəzər” avtomobil zavodunun fəaliyyətinin ölkə iqtisadiyyatı üçün bir sıra əhəmiyyəti ola bilər:

 

“Zavodda ildə 10 min avtomobilin istehsal edilməsi nəzərdə tutulub. Həmin istehsalın 7 mini daxili bazar, digər hissəsi isə ixrac üçündür. Nəzərə almalıyıq ki, avtomobil istehsalı bir sıra tələbatın ödənilməsi baxımından önəmlidir. Zavodun inşası və Azərbaycanda avtomobillərin istehsal edilməsi avtomobil idxalının azalmasını təmin edəcək. Bilirsiniz, avtomobil idxalı ölkədən valyuta aparan inhisar növlərindən biridir. İdxalın müəyyən  hissəsinin əvəzlənməsi avtomobillərə olan tələbin bir hissəsinin yerli istehsalla ödənilməsinə imkan verəcək. Digər tərəfdən Azərbaycanda istehsal edilən avtomobillərin fərqi və qiymətinin aşağı olacağı gözlənilir. Bu da imkan verəcək ki, daha ucuz və sərfəli qiymətə avtomobilə sahib olmaq mümkün olsun”.

 

V.Bayramov qeyd edib ki, bu gün avtomobil bazarında qiymətlərin  sərfəli olmamasının əsas səbəblərindən biri  idxal zaman rüsumların yüksək olmasıdır:

 

“Nəticə etibarilə bu da daxili bazarda avtomobillərin qiymətinə təsir göstərir. Yerli istehsal edilən avtomobillərdə belə rüsumlar olmayacaq və  qiymətlərin aşağı olması xüsusən də az təminatlı ailələrin avtomobil ehtiyacının ödənilməsi üçün əhəmiyyətlidir.

 

İstehsal edilən avtomobilin bir qisminin ixrac edilməsi sözsüz ki, valyutanın daxil olması baxımından önəmlidir. Bu da qeyri-neft sahəsinin inkişafına birbaşa təsir edir. Eyni zamanda zavodun fəaliyyəti yeni iş yerlərinin yaradılmasına da səbəb olacaq. Lakin hələlik sözügedən avtomobil zavodunun daxili bazarlarda avtomobillərin qiymətinə təsir edəcəyi gözlənilmir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır