Modern.az

Dava baş verən 65 saylı avtobus niyə sərnişin sıxlığı yaradıb... - Şirkət özünü necə ifşa etdi...

Dava baş verən 65 saylı avtobus niyə sərnişin sıxlığı yaradıb... - Şirkət özünü necə ifşa etdi...

İqtisadiyyat

30 Mart 2018, 14:16

Martın 29-da 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda insident yaşanıb. “Xaliq Faiqoğlu” şirkətinin mərkəzi müşahidə şöbəsinin əməkdaşları tərəfindən "10 TH 318" dövlət qeydiyyat nişanlı avtobusda gənc oğlanın orta yaşlı qadına hücum etməsi aşkar olunub və bununla bağlı dərhal polisə məlumat verilib.
 

Şirkətin yaydığı məlumatda bildirilir ki, sərnişin axınının çox olduğu saat 18 radələrində avtobusda ayaq üstə çətinliklə dayanan qadın qarşısındakı oturacaqda əyləşmiş gənc oğlandan bir qədər səliqəli oturmasını xahiş edib. Bu zaman həmin şəxs qadına kobud şəkildə cavab verib və nalayiq ifadələr işlətməyə başlayıb. Daha sonra qadının iradlarına aqressiv reaksiya göstərən oğlan hücum edərək, ona yumruqla zərbə endirib.

İnsdent zamanı gəncə irad bildirən yaşlı qadın və 2 qoca kişi də onun hücumuna məruz qalıb. Yaşlı-qadın demədən hər kəsə əl qaldıran və ictimai nəqliyyatda özünü nalayiq formada aparan gənclə bağlı dərhal polisə müraciət edilib. Həmin şəxs avtobusa daxil olan polis əməkdaşları tərəfindən bölməyə aparılıb və faktla bağlı zəruri araşdırmalara başlanılıb.

Bu yazını hazırlamaqda məqsədimiz ictimaiyyət tərəfindən geniş müzakirələrə səbəb olan bu insidentdə günahkar tərəfi müəyyən etmək deyil. Diqqətçəkən məqam həmin avtobusda sıxlığın həddindən çox olması və insanların az qala bir-birinin üstünə çıxmasıdır. Əksər avtobuslarda oturan və ayaqüstə daşınan sərnişinlərin dəqiq sayı göstərilib. Amma bu da bəzi qaydalar kimi sadəcə “var” demək üçündür və formal xarakter daşıyır. Çünki göstərilən limitə məhəl qoyan sürücü və daşıyıcı şirkət yoxdur...


65 saylı marşrutun sahibi “Xaliq Faiqoğlu” şirkəti  həmin videonu yaymaqla guya kobud sərnişni tanıtmağa çalışıb, amma həm də billməyərəkdən özünü ifşa edib. Şirkət rəsmiləri o videonu yayarkən "10 TH 318" nömrə nişanlı avtobusdakı sərnişin sıxlığına niyə diqqət etməyiblər?..

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Modern.az-a deyib ki, sərnişin tutumunun limiti avtobusun modelinden asılı olaraq dəyişir:

“İstehsalçı tərəfindən hər bir avtobusun daxilində neçə nəfərin ayaqüstü, neçə nəfərin oturan halda gedə biləcəyinə dair məlumat yazılıb.

Bununla yanaşı, biz dəfələrlə daşıyıcılara müraciət edərək bildirmişik ki, avtobuslara həddən artıq sərnişin mindirilməsin. Bəzən sərnişinlər avtobuslara o həddə mindirilir ki, qapıları açıq qalır, sərnişinlər qapıdan aslı vəziyyətdə gedirlər.

Təbii, belə hal yolverilməzdir. Bizə bununla bağlı müraciətlər daxil olanda dərhal müvafiq daşıyıcıdan tədbir görməsini tələb edirik. Amma belə hallara qarşı inzibati cəza tədbirləri müvafiq qurum tərəfindən həyata keçirilir”.

 

M.Ağayev eyni zamanda bildirib ki, kimsə sərnişinləri qapıdan sallanaraq getməyə məcbur etmir:

“Burada sürücü ilə yanaşı, sərnişinlər də məsuliyyətli olmalıdır. Başa düşürəm işə, dərsə gecikənlər var. Amma heç bir səbəb buna əsas vermir ki, həyatının təhlükəyə atıb, qapıdan sallanıb getsin.

Olur bəzən sürücülər sərnişindən qapıdan düşməsini tələb edir ki, “qapılar bağlanmır”. Bu zaman sərnişin sürücüyə etiraz edir, hətta bu mübahisələr davaya çevrilir. Amma siz də bilirsiniz ki, bunu tənzimləmək olmur. Bunu həm də sərnişinlər özləri tənzimləməlidir. Əgər avtobusa minmək mümkün deyilsə, sərnişin hər vəchlə buna cəhd edib o sıxlığa girməməlidir”.

Şöbə müdiri deyib ki, təmsil etdiyi qurum sərnişin sıxlığının aradan qaldırılması istiqamətində işlər aparır:

“Bu gün elə bizim üzərində çalışdığımız layihələr sərnişinlərimizin rahat və təhlükəsiz şəraitdə ictimai nəqliyyatdan istifadə edə bilməsinə yönəlib”.

 

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-a deyib ki, əsasən rayonlararası marşrut üzrə işləyən avtobuslarda limit müəyyən olunub:

“Çünki həmin avtobuslarda sərnişinlərin ayaqüstü daşınmasına icazə verilmir. Amma şəhərdaxili marşrutlarda avtobusların əksəriyyəti həm oturan, həm də ayaqüstə duran sərnişinlər üçün nəzərdə tutulduğundan, yoldan keçərkən limitdən artıq sərnişinin müəyyən olunması mümkün deyil.

Əgər bir avtobus 40-50 nəfər sərnişin üçün nəzərdə tutulubsa, onun içərisində 15-20 oturacaq ola bilər. Qalan sərnişinlər ayaqüstə gedə bilər. Hər keçən avtobusu  saxlayıb sərnişinləri saymaq olmaz ki, görək say çoxdur, yoxsa azdır. Bu, mümkün olan hal deyil”.

K.Əliyevin sözlərinə görə, bunu ancaq sürücü müəyyənləşdirə bilər:

“Ümumiyyətlə, dünyanın heç yerində yoxdur ki, şəhərdaxili avtobuslarda sərnişin sıxlıq olan avtobusa güclə minsin. Sərnişin əgər yer varsa minir, yox sıxlıqdır və bu sıxlıq onun avtobusa daxil olmasına imkan vermirsə, o halda növbəti avtobusu gözləyir. Bizdə isə hamı sonuncuymuş kimi həmin avtobusa minməyə çalışır. Ona görə də bu şəkildə “marşrutlar normadan artıq”, “yaxud ayaqüstə sərnişin daşıyır” demək doğru yanaşma deyil. Çünki şəhərdaxili avtobusların hamısında ayaqüstü sərnişin daşınması nəzərdə tutulu

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?