Modern.az

Moskva Avropa Birliyinin səfirlərini bir yerə yığdı

Moskva Avropa Birliyinin səfirlərini bir yerə yığdı

Dünya

30 Mart 2018, 15:50

Rusiya diplomatları qovulan ölkələrin səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Martın 30-da Rusiya Xarici İşlər Nazirliyi “Skripal işi” ilə əlaqədar Britaniya ilə “həmrəylik” adı ilə rusiyaya qarşı düşmənçilik hərəkətləri göstərmiş ölkələrin Federasiya ərazisində akkreditə olunmuş nümayəndəliklərin rəhbərlərini nazirliyə çağırır. Səfirlərə etiraz notası təqdim ediləcək və tərəfimizdən cavab tədbirləri elan olunacaq” – Nazirlikdən bildirilib.

 

KİV-in verdiyi məlumata görə nazirliyi ilk ziyarət edən Beritaniya səfiri Lori Bristou olub. Onun ardınca Almaniya, Fransa, Polşa, İtaliya və digər dövlətlərin nümayəndələri nazirliyin qonağı olublar.

Xatırladaq ki, Rusiya dünən Moskvadakı ABŞ səfirliyinin 58 əməkdaşını və Yekaterinburqdakı konsulluğun 2 əməkdaşını “arzuolunmaz şəxs”lərin siyahısına salıb və aprelin 5-nə kimi ölkəni tərk etməyə vaxt verib. Eyni zamanda ABŞ tərəfinə Sank-Peterburqda konsulluğun açılmasına verilən icazə ləğv edilib.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi