Modern.az

Lukaşenko: “Rusiya həmişə bizi əyməyə çalışır”

Lukaşenko: “Rusiya həmişə bizi əyməyə çalışır”

Dünya

30 Mart 2018, 16:43

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyadan narazılıq edib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiyaya ərzaq satışlarında yaranmış problemlər fonunda yeni bazarlar axtarmağa məcbur olub.

 

“İdxala gəlincə, başqa bazarlar axtarın. Əgər bizi anlamaq istəmirlərsə, prezidentlə inaqurasiya mərasimindən sonra görüşərik. Hər şeyi aydınlaşdırmaq lazımdır. Əgər Rusiya hər dəfəsində bizi əyməyə çalışırsa, öz xoşbəxtliyimizi başqa yerdə axtaracayıq”.

O həmçinin, Rusiyaya ancaq yaxşı məhsullar satdıqlarını da deyib.     

 

         

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir