Modern.az

Bakı ilə bu şəhər arasında uçuşların sayı artacaq - Yayda

Bakı ilə bu şəhər arasında uçuşların sayı artacaq - Yayda

30 Mart 2018, 20:46

Krasnoyarsk beynəlxalq hava limanından Bakıya sərnişin reyslərinin sayı yayda həftədə iki dəfəyədək artırılacaq.

Modern.az-ın  məlumatına görə, Krasnoyarsk-Bakı marşrutu ilə uçuşları “İrAero” aviaşirkəti həyata keçirəcək, iyulun 18-dən isə “Nordwind Airlines” aviaşirkəti bu xətt üzrə reysləri işə salacaq.

 

Bildirilir ki, “İrAero” uçuşları yay uçuş cədvəli başa çatanadək, oktyabrın 27-dək hər həftənin şənbə günləri həyata keçirəcək.

“Nordwind Airlines” şirkəti isə iyulun 18-dən oktyabrın 24-dək hər həftənin çərşənbə günləri uçuşlar həyata keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir