Modern.az

Qəzza zolağında  toqquşma - 11 fələstinli öldü

Qəzza zolağında  toqquşma - 11 fələstinli öldü

Dünya

30 Mart 2018, 21:04

Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 11 nəfər ölüb, 600-dən çoxu xəsarət alıb.

 

Modern.az-ın məlumatına görə,  bu barədə Fələstin Muxtariyyətinin Səhiyyə nazirliyi məlumat verib.

 

Məlumata əsasən, İordan çayının qərb sahili və Qəzza zolağında vəziyyət cümə namazından sonra gərginləşib. İsrail hökuməti vəziyyətin gərginləşməsində “HƏMAS”ı günahlandırıb. 

Etirazlara səbəb ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanıması və səfirliyini Təl Əvivdən Yerusəlimə köçürülməsi qərarıdır.  Qəzza zolağında və İordan çayının qərb sahilində iğtişaşlar dekabrın əvvəlindən davam edir.

 

Qeyd edək ki, 2017-ci il, dekabrın 6-da prezident Donald Tramp Yerusəlimin ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanındığını və ABŞ-ın Tel-Əvivdəki səfirliyinin Yerusəlimə köçürüləcəyini bəyan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!