Modern.az

SOCAR  152 mln. manat dividend alacaq

SOCAR  152 mln. manat dividend alacaq

İqtisadiyyat

30 Mart 2018, 21:44

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə  SOCAR-a  məxsus olan “Petkim Holding” 2017-ci ildə əldə etdiyi mənfəətindən sərmayədarlara 690 mln. Türkiyə lirəsi (297 mln. manat) məbləğində dividend ödəyəcək.

Modern.az  Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu - KAP) istinadən xəbər verir ki, bu barədə “Petkim”in 2017-ci il üzrə fəaliyyətinə dair İdarə Heyətinin bu gün keçirilən iclasında qərara alınıb.

“SOCAR Turkey Petrokimya A.Ş”nin əldə edəcəyi dividendin məbləği 351,9 mln. lirə (151,6 mln. manat) olacaq. İclasda dividendlərin may ayının 3-də paylanmasına qərar verilib.

Ümumi yığıncaqda həmçinin Holdinqin 2018-ci il üzrə fəaliyyətinin auditini “PwC” (“Pricewaterhouse Coopers”) şirkətinin aparması təsdiqlənib.

Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim”in 51%-lik səhm paketini 2,04 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Şirkətin qalan səhmləri isə İstanbul Fond Birjasında ("Borsa İstanbul") dövriyyədədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!