Modern.az

Trampdan PKK-ya ZƏRBƏ

Trampdan PKK-ya ZƏRBƏ

Dünya

31 Mart 2018, 10:46

ABŞ prezidenti Donald Tramp Suriya üçün ayrılan maliyyə yardımını donduracaq.

 

Modern.az saytı xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti məlumat yayıb. Belə ki, qəzetə açıqlama verən amerikalı səlahiyyətlilər bildirib ki, Tramp ABŞ dövlət katibliyinə Suriyada terror təşkilatı YPG / PKK-nın nəzarətində olan sahələrin  yenidən inşası üçün ayrılan 200 milyon dollarlıq yardımındayandırılması təlimatını verib. Dövlət başçısının  ABŞ-ın  yaxın vaxtlarda Suriyadan çəkiləcəyi  çıxışı ilə paralel bu qərarı verdiyi bildirilir.

 

Məlumatda həmçinin qeyd edilib ki, təlimatı Ağ Evin aparat rəhbəri Con Kelli,  ABŞ dövlət katibinin müavini Con Sullivana çatdırıb.

 

Xatırladaq ki, Ağ Evin başçısı ötən gün “Biz Suriyadan  çox tezliklə getməyə, aid olduğumuz və olmaq istədiyimiz ölkəmizə qayıtmağa hazırlaşırıq”, - deyə, Ohayo ştatındakı  çıxışında demişdi.

 

Qeyd edək ki, Suriyaya 200 milyon dollarlıq humanitar yardım ayrılacağı barədə məlumatı ilk dəfə  ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson səsləndirmişdi.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı