Modern.az

Gəncədə oğrular TUTULDU

Gəncədə oğrular TUTULDU

Aktual

31 Mart 2018, 12:47

Gəncə şəhərində bir sıra oğurluqlar törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb ediliblər.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari ilin mart ayınadək olan müddətdə rayon ərazisində 17 avtomobildən güzgü, akkumulyator, maqnitofon, səsgücləndiricilər, 2 həyətyanı sahədən isə məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Nicat Cəlilov və Mayıl Həsənov saxlanılıblar.

Kəpəz RPİ-də cinayət işi başlanılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!