Modern.az

“Ölü əl” – Hərbi idarəetmə məhv ediləndə də nüvə zərbəsi ENDİRİR

“Ölü əl” – Hərbi idarəetmə məhv ediləndə də nüvə zərbəsi ENDİRİR

Dünya

31 Mart 2018, 15:56

Rusiya Müdafiə Nazirliyi “Perimetr” adı ilə tanınan “Ölü əl” nüvə hücum nəzarət sisteminin təkmilləşdirilməsi üzərində işləyir.

 

Modern.az saytının Böyük Britaniyanın “Daily Star” nəşrinə istinadən məlumatına görə, “Ölü əl” üçüncü dünya müharibəsi başlanacağı təqdirdə Rusiyanın düşmənlərini məhv etməsinə zəmanət verən sonuncu müdafiəsidir.

 

Analitikləri bu sistemi “Qiyamət gününün maşını” adlandırırlar. Bu, ilk dəfə soyuq müharibə paranoyyası illərində hazırlanıb.

 

Nüvə silahları üzrə mütəxəssis, “Qlobal sıfır” beynəlxalq hərəkatının həmtəsisçisi Bryus Bleir bildirib ki, bu sistem hazırda da işlək vəziyyətdədir və təkmilləşdirilir.

 

Onun sözlərinə görə, bu sistem SSRİ zamanında rəhbərliyin ittifaqı “başsız qoyduğu” vaxtlarda ABŞ-ın nüvə zərbəsi endirəcəyi qorxusu səbəbi ilə stimullaşdırılırdı.

 

“Ölü” əl tamamilə avtomatik sistem kimi təsvir edilir. O, üç mütəxəssis tərəfindən idarə olunur. Bu da ona görədir ki, onun işinə heç kimin müdaxilə etmədiyinə əminlik yaransın.

 

Tənzimləyicilər Rusiya üzrə nüvə partlayışlarını və nəzarət məntəqələri ilə əlaqələrin itməsini aşkar edir. Bundan sonra sistemə siqnallar yollanılır və raketlər aktivləşdirilir, onlar döyüşə hazır vəziyyətə gətirilir.

 

Bryus Bleir isə qeyd edir ki, belə silahların mövcudluğu əslində nüvə müharibəsi riskini azaltmağa kömək edir.

 

O, bu sistemə qarşı kiber hücumların həyata keçirilməsinin zəif olmasından narahatdır. “Ölü əl” o deməkdir ki, Qərb ona qarşı hərəkətə keçib nüvə zərbəsi endirmək üçün ən azı 2 dəfə düşünməlidir.

 

“Ölü əl”in Britaniya analoqu “Trident” nüvə raketləri ilə təchiz olunmuş “Letters of Last Resort” sualtı gəmiləridir.

 

Hərbi ekspertlər hesab edirlər ki, “Ölü əl” Moskvadan cənubda dərin yeraltı bunkerdə yerləşdirilir.

Bu sistem hətta ABŞ-ın ilk zərbələri nəticəsində hərbi idarəetmə orqanlarının məhv edilməsi halında da zərbələr endirməyə qadirdir.

Bu sistemdən buraxılan komanda raketləri Rusiyanın dünyanın istənilən nöqtəsində olan bombardmançılarına, qoşunlarına və sualtı gəmilərinə komanda vermək bacarığına malikdir.

 

Bu isə o deməkdir ki, Rusiya rəhbərliyi, hətta Vladimir Putin belə taktiki zərbə ilə öldürülsə, bu, üçüncü dünya müharibəsinin başlanmasının qarşısını almayacaq.  

 

İddiaya görə, “Ölü əl” sistemlərə avtomatik xəbərdarlıqlar edir ki, bu da təsadüfi nüvə zərbələrinin endirilməsinin qarşısını alır.

 

Ekpspertlər bu sistemi parametrlərinə görə çox mükəmməl hesab edirlər. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır