Modern.az

Etmədiyi cinayətə görə   həbsdə qalan  vətəndaş rekord məbləğdə pul təzminatı alacaq

Etmədiyi cinayətə görə   həbsdə qalan  vətəndaş rekord məbləğdə pul təzminatı alacaq

Dünya

31 Mart 2018, 20:19

Etmədiyi cinayətdə təqsirli bilinən və ömrünün 13 ilini dəmir barmaqlıqlar arxasında keçirən İsveç vətəndaşı rekord məbləğdə pul təzminatı alacaq.

Modern.az  xəbər verir ki, 2017 ildə Kay Linnanın cinayət işinə təkrar baxıldıqda onun cinayəti əslində törətmədiyi aşkar olunub, buna görə o, 18 milyon İsveç kronu (təxminən 2,2 milyon dollar) təzminat almalıdır. Bu isə İsveç tarixində bu qəbildən olan ən böyük təzminat olacaqdır.

Kay Linnanın günahsız olduğu 2017-ci ilin iyununda İsveç apelyasiya məhkəməsində sübut olunub. Yerli KİV-lər yazırlar ki, bu, həm şəxsən onun, həm də məsələyə yenidən baxılmasına nail olmağa çalışan bir qrup İsveç jurnalistlərin böyük qələbəsi olub.

Törətmədiyi cinayətə görə cəzaçəkmə müəssisində 13 il keçirən K.Linna ötən ildən etibarən təzminat məbləği ilə bağlı dövlətlə danışıqlar aparmağa başlayıb. Uzun sürən danışıqlar yalnız bu cümə tərəflər arasında razılaşma ilə yekunlaşıb və Linnanın vəkilinin 20-25 milyon İsveç kronu təzminat tələb etməsinə baxmayaraq, tərəflər 18 milyon İsveç kronu məbləğində kompensasiya verilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, Kay Linna İsveçin şimalındakı Kalamark şəhərində 2004-cü ildə Robert Lindberq adlı şəxsi qəddarlıqla qətlə yetirmədə, oğurluq etməkdə və onun qardaşı Sunu Lindbergin sağlamlığına ciddi xəsarət yetirməkdə şübhəli qismində saxlanılıb və ömürlük həbs cəzasına məhkum edilib. İllər sonra azadlığa çıxan Kay Linna yerli jurnalistlərə müsahibəsində deyib ki, bundan sonra o həbsxanada onun İspan dili müəllimi olmuş həyat yoldaşı Petra Vüllix ilə Kanar adalarında yaşamaq niyyətindədir. (AZƏRTAC)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!