Modern.az

Türkiyə 2026 Qış Olimpiada oyunlarına rəsmi  namizəd oldu

Türkiyə 2026 Qış Olimpiada oyunlarına rəsmi  namizəd oldu

Dünya

31 Mart 2018, 20:21

Türkiyə 2026 Qış Olimpiada oyunlarına rəsmi olaraq namizəddir.

Modern.az  xəbər verir ki, bu sözləri Türkiyənin Ərzurum şəhərinin millət vəkili Mustafa İlıcalı deyib. O bildirib ki, martın 21-i Türkiyə Milli Olimpiada Komitəsi 2026-ci il Qış Olimpiada oyunları üçün artıq Beynəlxalq Olimpiada Komitəsinə müraciət edib:

“Hazırda İsveç, İsveçrə, Avstriya, Kanada və Türkiyədən isə Ərzurum olmaqla, 5 namizəd var. Prezident Ərdoğan olimpiadanın Ərzrumda baş tutacağını bildirdikdən sonra fasiləsiz çalışırıq. BOK aprelin 2-də bütün namizədlərin adını açıqlayacaq. Şəhərimizə, millətimizə xeyirli olsun”. (Axar.az)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?