Modern.az

Məmmədyarov dünya reytinqindəki mövqeyini qorudu - Yenə də ikinci

Məmmədyarov dünya reytinqindəki mövqeyini qorudu - Yenə də ikinci

31 Mart 2018, 21:14

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin aprel ayı üçün yeni reytinq siyahısını açıqlayıb.

Modern.az-ın məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2814 xalla ikinci pillədəki mövqeyini qoruyub.

33 yaşlı şahmatçı birinci pillədə qərarlaşan Maqnus Karlsendən 29 xal geri qalır. İddiaçılar Turnirinin qalibi amerikalı Fabiano Karuana isə 3-cü yerdədir.

Azərbaycanın digər təmsilçilərinə gəldikdə isə Teymur Rəcəbov 18-ci, Rauf Məmmədov 38-ci və Arkadi Naydiç 44-cüdür. (report)

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!