Modern.az

Saakaşvilli Ukraynaya qayıtmağa hazırdır

Saakaşvilli Ukraynaya qayıtmağa hazırdır

Dünya

31 Mart 2018, 23:04

Gürcüstanın sabiq prezidenti və Odessanın eks-qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmağa hazır olduğunu bəyan edib.  APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə M. Saakaşvili “NewsOne” telekanalına müsahibəsində bildirib.

 

“Mən  Ukraynaya qayıtmağa hazırlaşıram, Ukrayna tələbələri Ukraynaya qayıtmağa hazırlaşmalıdırlar”, - deyə M. Saakaşvili qeyd edib.

 

Gürcüstanın sabiq prezidenti hazırda Avropada yaşadığını, çoxlu səfərlər etdiyini və müxtəlif insanlarla görüşlər keçirdiyini bildirib. M. Saakaşvili həmçinin Avropa ali təhsil müəssisələrində oxuyan  ukraynalı tələbələrlə də görüşlər, Ukraynada turizmin perspektivləri mövzusunda seminarlar  keçirdiyini bildirib.

 

Qeyd edək ki, M. Saakaşvili 2017-ci ildə Ukrayna vətəndaşlığından məhrum edilib, 2018-ci ildə isə ölkədən çıxarılıb

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir