Modern.az

ABŞ bayrağı Amerika Baş konsulluğunun binasından çıxarıldı

ABŞ bayrağı Amerika Baş konsulluğunun binasından çıxarıldı

Dünya

31 Mart 2018, 23:26

ABŞ-ın dövlət bayrağı Rusiyanın Sankt-Peterburq şəhərindəki Amerika Baş konsulluğunun binasından çıxarılıb.

Modern.az xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Bundan əvvəl bildirilib ki, ABŞ Baş konsulluğunun binasından mebel və qutular daşınmağa başlanıb. Eyni zamanda, konsulluq ərazisində ilk diplomatik qeydiyyat nişanlı avtomobillər çıxıb.

Martın 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, diplomatik korpusun 60 əməkdaşı həftə ərzində Rusiya ərazisini tərk etməlidir.  (Report)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir