Modern.az

ABŞ istehsallı hava hücumundan müdafiə sistemi ilə bağlı ŞÜBHƏLƏR – o raketləri yaxalaya bilmir

ABŞ istehsallı hava hücumundan müdafiə sistemi ilə bağlı ŞÜBHƏLƏR – o raketləri yaxalaya bilmir

1 Aprel 2018, 10:47

Martın 25-də Yəməndə İranın idarəsi altında olan husi dəstələri Ər-Riyada yeddi raket buraxıb. Səudiyyə Ərəbistanı faktı təsdiq edib, bununla belə bəyan edib ki, həmin raketlər müvəffəqiyyətlə zərərsizləşdirilib.

 

Modern.az saytının məlumatına görə, analitik Cefri Luis nüfuzlu “Foreign Policy” nəşrində yazıb ki, Səudiyyə Ərəbistanının bəyanatı həqiqəti əks etdirmir.

 

O diqqət çəkib ki, Səudiyyə Ərəbistanının raketləri yaxalamalarına dair heç bir sübut yoxdur. Belə bir məqamda isə sual yaranır – Səudiyyə Ərəbistanında olan raket əleyhinə müdafiə sistemləri hansı vəziyyətdədir?

 

Bu sualın yaranması Amerika üçün də xoş deyil. Çünki yuxarıda adıçəkilən analitiklər bildirir ki, Səudiyyə Ərəbistanının ABŞ-dan aldığı hava hücumundan müdafiə sistemləri köhnədir və özünü doğrultmur. Söhbət isə dünyada ən məşhur hava hücumundan müdafiə sistemi olan “Pariot”lardan gedir.  

 

Sosial şəbəkələrdəki videogörüntülər həqiqətən Səudiyyə Ərəbistanının “Patriot”ları işə saldığını göstərir. Lakin videolardan görünür ki, nəticə uğurlu deyil.

 

“Foreign Policy” yazıb ki, onlardan biri işə salınandan dərhal sonra, digəri isə havada 180 dərəcə dönüş edərək Ər-Riyada tərəf gedib və yerə düşən ərəfədə partlayıb.  

 

Müəllif bildirir ki, “Middlebury” Beynəlxalq Araşdırmalar İnstitutunun ekspertləri ilə birlikdə Səudiyyə Ərəbistanına qarşı 2017-ci ilin dekabrında olan raket hücumu ilə sonuncu arasında  analogiya aparıb.

 

“Hər iki hadisədə biz aydınlaşdırdıq ki, Yəməndən atılan raketlər vurulmayıb. Halbuki Səudiyyə Ərəbistanından olan rəsmilər bunun əksini deyirlər. Bizim yanaşma isə kifayət qədər sadədir. Biz xəritədə o yerləri tapdıq, hansılar ki, ora raket qırıntıları, başlıqları düşüb. Hər iki hadisədə açıq bir məqam var.

Raketlər Ər-Riyada düşüb, onların döyüş başlıqları isə bütün sərhəd boyunca uçaraq hədəflərin yaxınlığına düşüb. Döyüş başlıqlarından biri Kral Xalid adına Beynəlxalq Aeroportun beşinci terminalından bir neçə metr aralı düşüb. Bir neçə həftə buraxılmış ikinci döyüş başlığı isə “Honda”nın dilerlərindən birini vurub.

 

Hər iki halda son dərəcədə aydındır ki, məsələ heç də Səudiyyə Ərəbistanının rəsmilərinin dedikləri kimi deyil. Yəni, atılan raketləri zərərsizləşdirmək mümkün olmayıb. Mən hətta əmin deyiləm ki, Səudiyyə Ərəbistanı ötən ilin noyabrında da atılmış raketi ələ keçirməyə çalışıb”-deyə Cefri Luis yazıb.

 

Onun fikrincə, ədalətli yanaşsaq, Səudiyyə Ərəbistanında olan “Patriot”lar husilərin atdığı “Burkan 2” raketlərini zərərsizləşdirməyə qadir deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu