Modern.az

Rezidenturaya qəbul imtahanının I mərhələsi ilə əlaqədar Apelyasiya Komissiyası yaradılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsi ilə əlaqədar Apelyasiya Komissiyası yaradılıb

1 Aprel 2018, 15:07

Bu gün keçirilən rezidenturaya qəbul imtahanının birinci mərhələsi ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.

 

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  Apelyasiya Komissiyası Bakı şəhəri, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında)  fəaliyyət göstərəcək.

 

Namizədlər Apelyasiya Komissiyasına 2-4 aprel il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər