Modern.az

Kəlbəcərli nənənin NAĞILI...  

Kəlbəcərli nənənin NAĞILI...   

2 Aprel 2018, 12:01

Bu nənənin 100-ə yaxın yaşı var. Nənə 25 ildir əlindəki corabı toxuyur. Toxuyub qurtarandan sonra sökür və... yenidən toxuyur. Biliriniz niyə, ümidlə Kəlbəcərə qayıdacağı günü gözləyir.

Toxuduğu o corabı əlindən yerə qoysa, inanın ki, həyatla vidalaşacaq. Onu bu yaşa çatdıran Kəlbəcərə qayıtmaq arzusu, Kəlbəcərə dönmək ümididir...

Kəlbəcərli nənənin dişiylə-dırnağıyla qurub yaratdığı ev-eşik, bağ-bağca 25 ildir yağı tapdağı altında inildəyir... Nənə o evə, o eşiyə qayıtmaq istəyir... Qoyub gəldiyi həyət-bacaya heç olmasa bircə dəfə ayaq basmaq, sonra bu dünyaya vida etmək nənənin ən böyük istəyidir...

O, 25 ildir əlindəki corabı toxuyur... sökür... sonra yenidən toxuyur, bununla təskinlik tapır... Yerinə, yurduna, evinə ocağına qayıdacağı günü gözləyir... Amma o günün belə uzun çəkməsi nənənin ömrünü əridir... əridir...

Kəlbəcərli nənə arzusu ürəyində qalacağından qorxur... Həm də bərk qorxur... Amma ümidini də itirmir... Torpaq, yurd, ev-eşik, güllü-çiçəkli məhləsinin dərdini özüylə haqq dünyasına aparmaq istəmir... O dərdi bu dünyada dəfn edib köçmək istəyir...

İndi Kəlbəcərə qayıtmaq nənə üçün bir nağıldı... O, bu nağılın gerçəkləşəcəyi günü səbirsizliklə gözləyir... Elə buna görə də toxuyub qurtardığı corabı yenidən sökür və... yenidən toxuyur...

Yeri gəlmişkən, bu nənə Aşıq Şəmşirin doğmaca əmisi qızıdır.

Aşıq Şəmşir barədə kitab yazanlar, bu nənə əmisi oğlu barədə sizə daha çox, maraqlı danışa bilər...





Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!