Modern.az

Onlar daha da GÜCLƏNƏCƏK - Müharibəyə açılan QAPILAR

Onlar daha da GÜCLƏNƏCƏK - Müharibəyə açılan QAPILAR

2 Aprel 2018, 15:48

“Ən güclü orduya necə sahib olmalı” sualı özlüyündə bir neçə sadə faktoru tələb edir. Bu mövzuda ən yaxşı nailiyyətlərə imza atacaq ölkələr həvəsli patriot əhaliyə, keyfiyyətli əmək kapitalına malik olmalıdır. Həmçinin sağlam və müasir iqtisadiyyatlarda ən yenilikçi texnologiyalardan yararlana bilənlər öndə olurlar.

 

Təbii ki, burada təcrübəni unutmaq olmaz. Bununla belə, cavabların sadəliyi bütün bunların asan əlçatan olduğunu göstərmir. Təbii ki, bütün bu nəsnələrin kombinasiyasını qurmaq heç də hər dövlətə asan başa gəlməyəcək. Bu hər bir dövlət üçün müxtəlif olan poblemlərdən qaynaqlanır.

 

Soyuq müharibənin bitməsindən sonra supergüclər əsas diqqəti quru qoşunlarına yönəldib. Hazırda, ərazilərin ələ keçirilməsi və ya azad olunması çün keçirilən əməliyyatların nisbətən az bir qismi texnologiya və qüvvələr doktrinasından asılıdır.  

 

Burada əsas məsələ bu əməliyyatlara hazırlıqdır. Təbii ki, bu məsələdə quru qoşunlarının müasir hərbinin mənşəyinə kök salmış bir  sıra prioritetləri var. Bunlara misal olaraq partizan qüvvələri ilə mübarizə və polis funksiyasını göstərmək olar.

İndi isə qüvvələr nisbətinin 2030-cu ilə qədər necə olacağı ekspertlərin diqqət mərkəzindədir.

 

2030-cu ildə qüvvələr nisbətinin necə olacağı terrorizmlə mübarizə və Rusiyanın yeritdiyi siyasətə qarşı atılan addımların nəticələrindən asılı olacaq.

 

Modern.az saytının məlumatına görə, bunu Amerikanın nüfuzlu hərbi sahə üzrə ixtisaslaşan “The National İnterest” nəşri yazıb.

Bu baxımdan gələcək üçün proqnozlar vemək çox çətindi. Bu araşdırmada bizə çox sadə üç fakt  yardımçı olacaq.

 

1. Ordunun yeni texnologiyalar da daxil olmaqla milli resurslara çıxışının olması,

2. Müstəqilliyinə təhlükə yaranmadan siyasi dəstəyin olması,

3. Ordunun empirik təlimə çıxışı; real döyüş şəraitində yeni texnalogiyaları öyrənmə və ona yiyələnə bilməsi

 

Yuxarıda göstərilən məsələləri nəzərə alaraq qeyd etmək lazımdır ki, 2030-cu ilin qüvvələr nisbəti bəzi məsələləri nəzərə almasaq indiki qüvvələrlə oxşar vəziyyətdə olacaq.

 

Hindistan

 

Hindistan ordusu ən elit qüvvələrlə bir sırada durmağa layiq bir ordu olacaq. Bu ordu daxili üsyanlara və terrorizlə mübarizədə böyük uğurlara imza atıb. Bu sahədə böyük təcrübə sahibidir.

Hindistan dazırda daha çox daxili istehsalatına görə digər dövlətlərdən geri qalsa da texniki sahədə demək olar ki, bütün yeni silah növlərinə sahibdir. Hindistan bütün bu texniki yeniliklərə ABŞ, Rusiya, İsrail və Avropadan silah alışları ilə nail olub. Dəniz və hava qüvvələrini nəzərə almasaq quru qoşunalrında gələcək üçün qoşulduğu proyektləri də buraya əlavə etsək, demək olar ki, hind qüvvələri 2030-cu ildə əzəmətli bir gücə çevriləcək. Təbii ki gələcəkdə texnoloji yeniliklərə çıxışı da daimi olmalıdır.

 

Fransa

 

Bütün Avropa ölkələri içərisində Fransa ən güclü orduya sahibdir desək, yanılmarıq. Bu ölkə dünya siyasətində aparıcı rollardan birini tutmaq məqsədi güdür. Və bunun üçün güclü bir orduya sahib olmağın əsas vasitələrdən biri olduğuna inanır. Hətta gələcəkdə Fransanın Avropanın təhlükəsizliyinə cavab verəcəyi də mümkün görünür.

Hazırda Fransa ordusu ən yaxşı təchiz olunmuş ordulardan biridir. Yeni texnologiyalardan lazımınca istifadə olunur. Ölkənin hal-hazırda dünya silah bazarında ilk beşlikdə yer alması da bu məsələdə öz sözünü deyir. Ordunun eyni zamanda digər ölkələrdə apardığı hərbi əməliyyatlar nəticəsində əldə etdiyi təcrübə də ona real döyüş şəraitində böyük üstünlüklər vəd edir. Quru qoşunları həmçinin digər qoşunlar koordinasiyalı şəkildə işləyir. Bununla yanaşı hava qüvvələri daha çox təhlükəsizlik və kəşfiyyat baxımından inkişaf edirsə, dəniz qüvvələri isə ekspedisiya potensialına sahibdir.

 

Rusiya

 

Rusiya ordusu isə soyuq müharibənin bitməsindən sonra çox ciddi çətinliklərlə üzləşib. Ordu resusrlara çıxışı itirməklə yanaşı siyasi tərəfdən də ciddi dəstək görmürdü. Əvvəlki hərbi istehsalat kompleksi artıq dəstəksiz və resurssuz qalmışdı. Bu ordunun həm ruh düşkünlüyünə həm də ki, texnoloji tərəfdən geriləməyinə gətirdi. Bir tərəfdən də ordunun Çeçenistan və digər rayonlarda verdiyi ilkin itkilər də bu sahədə öz sözünü dedi.

Təbii ki sonralar bəzi məsələlərdə irəliləyiş qeydə alındı. Rusiya iqtiadiyyatının inkişafı orduya yeni maliyyə imkanları verdi. Digər tərəfdən ordu üçün yeni texnologiyalara yol açıldı. 2008-ci ildə rus ordusu Gürcüstan ordusunu darmadağın etdi, 2014-cü ildə isə ruslar Krımı ilhaq etdilər. Ümumilikdə bu müharibələri Rusiyanın “Birləşdirilmə siyasəti” adlandırmaq olar. Ordunun problemlərindən biri də köhnə hərbi vəzifə modeli və yeni könüllülük modeli kimi iki sistem arasında ilişib qalmasıdır. Rusiyanın qonşuları hələ uzun müddət bu ölkənin ordusunun təcrübə və ölçülərinə görə ondan ehtiyat edəcək.

 

ABŞ

 

ABŞ ordusu ən azından 1991-ci ildən quru qoşunları baxımından qızıl standarta çevrilib. Soyuq müharibənin bitməsi ilə 1991-ci ildə İraq ordusunun məğlubiyyəti və onun 2003-cü ildə darmadağın edilməsi hərb tarixinin yadda qalan hadisələrindən biridir. 15 ilərzində ordu İraq və Əfqanıstanda hərbi əməliyyatlar keçirib. Xüsusi təyinatlı dəstələri isə daha da irəli nailiyyyətlərə imza atıb.

Ordu son onillikdə çox zəif inkişaf tendensiyaları göstərsə də onun dəniz piyadaları, hərbi hava qüvvələri, hərbi dəniz qüvvələri güclü kombinasiyaya malikdir. Bundan əlavə öz rəqibi Rusiyadan fərqli olaraq bu ölkə köhnə silahlarında da bir sıra yeniləmələr aparıb.

Demək olar ki soyuq müharibə dövründən qalma bütün silahlar modernizə edilib və indiki standartlara cavab verəcək hala gətirilib.

ABŞ ordusu sayına görə dünyada ən nəhəng kəşfiyyat dronu  donanmasına sahibdir. İrəli müşahidə imkanlarını dəqiq və sarsıdıcı atəş gücü ilə birləşdirdikdə ortaya əsaslı bir qüvvə çıxır. Həmçinin ordu 15 illik real döyüş şəraitində təcrübəyə sahibdir. Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, ABŞ ordusu 2030-cu ildə digər dövlətləri bir neçə il geridə qoyaraq dünyanın ən böyük gücü olacaq.

 

Çin

 

Çin ordusu 1990-cı ildən öz ordusunda ciddi islahatlar aparır. Siyasi dairələrdən aldığı ciddi dəstək və mülki resurslara limitsiz çıxışı da bu ordunu lazımi şəkildə dəyərləndirməyi tələb edir.

1990-2000-ci illərdə ölkədə müşahidə olunan ciddi iqtisadi yüksəliş ordu üçün ciddi dəyişikliklərə gətirib çıxardı. Belə ki ordu ciddi maliyyə yardımı ilə yanaşı texnoloji yeniliklərə də çıxış əldə etdi.  Bunun sayəsində orduda nəhəng islahatlar həyata keçirilib. İslahatlar nəticəsində demək olar ki, bütün avadanlıq modernləşdirilib. Bundan əlavə çinlilərin yeni texnologiyaları çox tez mənimsəmələri də bu sahədə öz sözünü deyir.

Maliyyə yardımının ordu üçün bir üstünlüyü də ona müxtəlif kommersiya obyektlərini ələ keçirməyə imkan verib. Nəticədə ordu eyni dərəcədə kommersiya və hərbi bir təşkilat halına gəlib.

Həmçinin burada təcrübə məsələsi də əsas amillərdən biridir. Ekspertlər bildirir ki, nə qədər say çoxluğu və yeni texnologiyalara çıxışı ilə üstünlük etsə də, Çin orduu real döyüş şəraitində təcrübə azlığı ilə üz-üzədir. Bu isə əvəzolunmaz bir faktordur. Bu ölkə Çin-Vyetnam müharibəsindən bəri real hərbi əməliyyatlar keçirməyib. Ancaq demək olar ki, Çin ordusu ABŞ ordusu kimi ciddi maliyyə yardımı almasa da bu ordu limitsiz kadrlara malikdir. Və dünyada heç bir ölkənin sahib olmadığı qədər resurslara nəzarət edir.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI