Modern.az

ABŞ-da GMO məhsullarla bağlı YENİLİK - TƏHLÜKƏ

ABŞ-da GMO məhsullarla bağlı YENİLİK - TƏHLÜKƏ

Dünya

3 Aprel 2018, 09:43

Mətbuata yeni məlum olduğu kimi təqribən 2 il ərzində ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi CRISPR metodu ilə geni dəyişdirilmiş məhsullara üstünlük verib.

 

Bu haqda Modern.az saytı xarici KİV-ə istinadən məlumat verir.

 

Nazirliyin tətbiq etdiyi nəzarət metoduna görə, bitkiyə insan və heyvan kimi digər canlıların geni qarışdırılmırsa bu məhsulların heç bir ciddi yoxlamaya ehtiyacı yoxdur. Bunu ABŞ tərəfi rəsmən təsdiqləyib.

 

“Bu üsul bizə yenilikləri ciddi bir risk olmadan tədbiq etməyə imkan verir”- deyə ABŞ-ın kənd təsərrüfatı naziri Sonni Perdu bildirib.

Buradakı məntiq bitkinin geninin ənənəvi üsullarla dəyişdirilməsini yəni, calaq kimi üsulları əsas götürür. Amma daha da irəli gedərək bunu laborator şəraitdə və yeniliklər tətbiq etməklə həyata keçirirlər. Yəni, bitkinin hansısa bir geni çıxarılır və ya ona başqa bir bitki geni ilə calanır. Məsələn göbələyin bir geni çıxarılaraq onun istifadə müddəti uzadılır.

 

Və bütün bunlardan sonra insanların ənənəvi üsulları qəbul etdiyi əsas götürülərək CRISPR məhsullarının xüsusi yoxlanmasına ehtiyac duyulmur. Burada tətbiq olunan yoxlamalar insan həyatına təhlükə baxımından deyil, yalnız məhsulun ekoloji təhlükə yarada bilməsi baxımından aparılır. Belə desək, bir geni çıxarılmış göbələk sağlamlıq üçün heç bir təhlükə yarada bilməz. Burada xüsusi ilə qeyd etmək lazımdır ki, nazirlik bu nəzarət üsulunu 1990-cı ildən bəri tədbiq edir.

 

Nazirlik artıq bir neçə CRISPR məhsulunu təsdiq edib. Buraya digər məhsullarla yanaşı yuxarıda adını çəkdiyimiz gec xarab olan göbələklə və “Camelina Sativa” yağı da daxildir. Bu geni dəyişdirilmiş yağın tərkibində yaxşılaşdırılmış “Omega-3” olur.

 

Bu üsulla məhsul istehsal edənlər bu sahədə normativ baryerlərin olmamasını göstərirlər. Ölkə və öz iqtisadiyyatları üçün həm zamana həm də milyonlarla vəsaitə qənaet etməyə imkan açdığını qeyd edirlər.

 

Onlara görə, milyonlarla vəsaitdən söz gedən bir yerdə  insan sağlamlığına göz yummaq olar və bu cür məhsulların sınaqlarının keçirilməsinə ehtiyac yoxdur.

 

Əvəz ZEYNALOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır