Modern.az

XİN xüsusi bəndə diqqət çəkdi

XİN xüsusi bəndə diqqət çəkdi

3 Aprel 2018, 10:24

“Qoşulmama hərəkatının bəyənatlarında Ermənistan-Azərbyacan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar xüsusi bir bənd və müddəa var”.

 

Modern.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, həmin müddəada məxsusi olaraq qeyd olunur ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi dəstəklənir və münaqişənin də məhz BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə çağırış edilir.

 

“Əvvəlki sammitlərdə xarici işlər nazirləri toplantısında belə bir bənd qəbul edilib. İstisnasız ki , bu toplantı çərçivəsində də bu məsələ müzakirə olunacaq.

 

Qoşulmama hərəkatının təməlində beynəlxalq münaqişələrin həll edilməsi və onların müsbət töhfə verilməsi fundamental maraq kəsb edən məsələlərdən biridir”.

 

Qeyd edək ki, Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçiriləcək “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransının yüksək səviyyəli məmurlar görüşü başlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir