Modern.az

Siyavuş Novruzovdan deputatlara İTTİHAM: “Tərif olanda hamı sıraya düzülür”

Siyavuş Novruzovdan deputatlara İTTİHAM: “Tərif olanda hamı sıraya düzülür”

Parlament

3 Aprel 2018, 12:19

“Bu gün xaricdən maliyyələşən bəzi şəxslər Azərbaycana qarşı ciddi şəkildə işlər aparmaqla, qarayaxma kampaniyası aparmaqla məşğuldur. Xaricdə yaşayan bəzi azərbaycamlılar erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı iş aparırlar.

 

Fransada Azərbaycanın səfirliyi qarşısında aksiya keçirirlər. Bir dəfə də olsun, Ermənistanın səfirliyi qarşısında aksiya keçirməyiblər”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

 

O bildirib ki, belə azərbaycanlılar sapı özümüzdən olan baltalardır.

 

“Vətənə, Azərbaycan ordusuna qarşı müxalif olmaq olmaz. Bu məsələdə cəmiyyətin fikri yekdil olmalıdır. Hamı mövqeyini bildirməlidir. Həmin insanlar ölkə prezidentini təhqir etməməlidir.

 

Tərif məsələsi ortaya çıxanda deputatlar sıraya düzülürlər, amma ölkəni müdafiə etmək məsələsi ortaya qoyulanda hərə bir tərəfə çəkilir, mövqeyinizi ortaya qoyun!”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı