Modern.az

Azərbaycan Qran Prisinin marşalları üçün təlimlər keçirilir

Azərbaycan Qran Prisinin marşalları üçün təlimlər keçirilir

3 Aprel 2018, 12:41

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) birgə təşkilatçılığı ilə nazirliyin akademiyasında builki Formula 1 Azərbaycan Qran Prisinin marşalları üçün nəzəri və pratik hissələrdən ibarət yanğından mühafizə və xilasetmə təlimlərinə start verilib.

 

Modern.az xəbər verir ki, üç gün davam edəcək bu təlimlərdə 180-dək marşal iştirak edir. Təlimlərin keçirilməsində əsas məqsəd marşallara yarış zamanı icra edəcək rollara uyğun bacarıqlar qazandırmaqdır.

 

Təlimlər zamanı akademiyanın xüsusi ixtisaslı təlim-tədris heyəti tərəfindən iştirakçılara yanğın təhlükəsizliyi haqqında biliklərin aşılanması, yanğının qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində bacarıqların möhkəmlənməsinə dair zəruri təqdimatlar veriləcək.

 

Bundan başqa, qeyd olunan sahələr üzrə istifadəsi vacib olan səciyyəvi texnika və avadanlıqlarla davranış və lazımi anlarda onların tətbiq qaydaları təlim iştirakçılarına əyani vasitələrlə çatdırılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür