Modern.az

ABŞ səfirliyi o professoru Azərbaycana GƏTİRİR

ABŞ səfirliyi o professoru Azərbaycana GƏTİRİR

3 Aprel 2018, 16:09

Şərqi Karolina Universitetinin eko-turizm üzrə eksperti, professor Paige Vireni ölkəmizin ekoturizm sektorunu inkişaf etdirmək üçün ABŞ səfirliyi tərəfindən Azərbaycana gətirilib.

 

ABŞ-ın Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, aprelin 2-8-də nəzərdə tutulan səfəri zamanı o, ABŞ-ın çox milyard dollarlıq ekoturizm sektoru ilə bağlı öz təcrübələrini, biliklərini bölüşmək üçün yerli biznes, dövlət rəsmiləri, tələbə qrupları və turizm idarəçiləri ilə görüşəcək.

 

Xanım Virenin səfəri Azərbaycanın ekoloji baxımdan göstərdiyi səyləri və ekoturizm üzrə ilkin addımlarını dəstəkləyəcək.

 

Azərbaycanda eko-turizm böyük potensiala malikdir. Bu, iqtisadi diversifikasiyanın əsas hissəsi olmaqla regionların yerli əhalisinin, eləcə də təhsilli gənc azərbaycanlıların Azərbaycan iqtisadiyyatına töhfə verməsinə imkan yaradır. Bundan əlavə, eko-turizm ətraf mühitin qorunması, çirklənmənin azaldılmasını və dünyanın təbii ehtiyyatlarının məsuliyyətlə idarə edilməsini təşviq edir.  

 

Xanım Viren özünün 12 ildən çox olan turizm sənayesi üzrə təcrübəsini özü ilə gətirir.

 

Onun təcrübə sahəsi istehlakçı davranışı və turizmdir. Burada əsas diqqət əyalətlərdə davamlı cəmiyyətə əsaslanan turizm və macəra səyahətinə yönəldilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub