Modern.az

Lənkəranda “Milli Kitab” mükafatinin təqdimati keçirilib

Lənkəranda “Milli Kitab” mükafatinin təqdimati  keçirilib

26 Noyabr 2009, 18:36

Lənkəranda “Milli kitab mükafatı” müsabiqəsinin təqdimat mərasimi olub. Modern.az xəbər verir ki, mərasimdə Azərbaycan Yazıçılar Birliyinin (AJB) katibi Rəşad Məcid, “Əli və Nino” Kitab evinin sahibi Nigar Köçərli və AYB-nin cənub bölgəsi üzrə nümayəndəsi İltifat Saleh iştirak ediblər.  Rəşad Məcid bildirib ki, hazırda ölkədə kitab çapı ilə bağlı vəziyyət ürəkaçan deyil. “Ölkədə kitaba maraq azalıb. Şou –biznes önə çıxıb”-deyən R.Məcid Bakıda və bölgələrdə kitab mağazalarının azlığından gileylənib. Onun sözlərinə görə, “Milli kitab mükafatının” məqsədi kitaba marağı yüksəltməkdir.  “Bu mükafat həmçinin ədəbi nəslin şou-biznesə olan bir etirazıdır”-deyə o, bildirib.

R.Məcid qeyd edib ki, müsabiqədə heç bir ayrı-seçkiliyə yol verilməyəcək. “Postmodernistlər də burada iştirak edə biləcəklər”.

Qeyd edək ki, noyabrdan start götürən “Milli kitab mükafatı” müsabiqəsi “Əli və Nino” kitab evinin təşəbbüsü ilə elan edilib. Gənclər və İdman Nazirliyi müsabiqəyə rəsmi dəstək verir. Müsabiqədə 1-ci yerə  3000 manat, 2-ci yerə 2000 manat, 3-cü yerə 1000 manat mükafat veriləcək. Nigar Köçərli bildirib ki, təqdim olunan əsərlər içindən 10 əsər seçilib çap eriləcək. Hər il keçiriləcək müsabiqənin mükafat fondu ildən-ilə artırılacaq. Müsabiqəyə yalnız nəsr əsərləri qəbul edilir. Əsərlər 31 dekabr 2009-cu ilə qədər qəbul ediləcək. Qaliblərin adı 2010-cu ilin may ayılnda elan ediləcək.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir