Modern.az

Soyqırımı bəyanatı bu ünvanlara göndərilib - Vitse-spikerdən AÇIQLAMA  

Soyqırımı bəyanatı bu ünvanlara göndərilib - Vitse-spikerdən AÇIQLAMA   

4 Aprel 2018, 15:35

Martın 30-da Milli Məclisdə Azərbaycanlılarının Soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclas keçirildi. Xüsusi iclasda bəyanat qəbul olundu.

Maraqlıdır, xüsusi iclasda qəbul edilən bəyanat hansı ölkələrin parlamentlərinə göndərilib?

Məsələ ilə bağlı Milli Məclis sədrinin müavini Bahar Muradova Modern.az-a açıqlama verib.


Vitse-spiker bildirib ki, bəyanatda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ermənilər tərəfindən işğalı vurğulanıb, dinc insanların qətlə yetirildiyi, işgəncələrə məruz qaldığı qeyd edilib.


“Artıq Milli Məclisin Azərbaycanlıların Soyqırımının 100 illiyi ilə əlaqədar qəbul etdiyi bəyanat bütün beynəlxalq təşkilatlara göndərilib. Eyni zamanda, bəyanat bütün dünya dövlətlərinin parlamentlərinə də göndərilib”.

Milli Məclis tərəfindən beynəlxalq təşkilatlara, dünya dövlətlərinə ünvanlanan həmin müraciətdə qeyd edilib:

1.Gələcəkdə erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törədikləri soyqırımı cinayətlərini tanısınlar;

2. Gələcəkdə soyqırımı cinayətlərinin cəzasız qalmamasının təsirli beynəlxalıq hüquq mexanizmlərinin yaradılması işini başa çatdırsınlar;

3. Azərbaycan xalqına qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqaşisənin beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında ədalətli həllinə kömək göstərsinlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı