18 iyul 2018, Çərşənbə axşamı
Ana Səhifə - TƏHSİL - DİM-in imtahan qiymətlərindən NARAZILIQ - İmkansız abituriyentlər kənarda qalır  
DİM-in imtahan qiymətlərindən NARAZILIQ - İmkansız abituriyentlər kənarda qalır  
04.04.2018, 16:06

2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu başlayıb.
Ərizələrin qəbulu martın 29-dan aprelin 30-dək internet vasitəsilə aparılır. İlk qəbul imtahanı (yaz sessiyası) II-III ixtisas qrupları üzrə mayın 13-də, I-IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək. İkinci imtahan (yay sessiyası) isə I-IV ixtisas qrupları üzrə iyulun 18-də, II-III ixtisas qruplari üzrə isə iyulun 26-da keçiriləcək.
Abituriyentlər hər iki imtahanda iştirak edə bilərlər.

Məlumdur ki, qəbul imtahanların iştirak ödənişlidir. Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 dəfə iştirak üçün 20, həmin müəssisələrin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qabiliyyət imtahanında 1 iştirak üçün 20, ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün 40 manat müəyyən edilib.

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (I mərhələ) 1 iştirak üçün tarif 50, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (II mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (I mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (II mərhələ) 1 iştirak üçün tarif 100, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında 1 iştirak üçün tarif 30 və rus bölməsi abituriyentləri üçün Azərbaycan dili üzrə test imtahanında 1 iştirak üçün tarif 10 manat məbləğində müəyyənləşdirilib.

İmtahanlarda iştirakın ödənişli olmasından narazı qalanlar qiymətlərin yüksək olmasına etiraz edənlərdir. Xüsusilə  maddi imkanı az olan şəxslər məhz ödənişə görə imtahanlarda iştirak edə bilmədiklərini söyləyirlər.


“DİM məktəblərdən istifadəyı görə kirayə haqqı ödəmir”


Təhsil eksperti Kamran Əsədov Modern.az
saytına açıqlamasında bildirib ki, əslində publik hüquqi şəxs olduqdan sonra Dövlət İmtahan Mərkəzi (DİM) özünün maliyyə xərclərini  imtahan iştirakçıları arasında stabil bölməli idi:


“2016-cı ilin aprel ayında Azərbaycan prezidenti Tələbə üzrə Dövlət Komissiyasını ləğv etdi və büdcədən maliyyələşməyən, publik hüquqi şəxs olan DİM-i yaratdı. Buna qədər TQDK-ya ildə  7 milyon  manat pul ayrılırdısa, bundan sonra onlar öz büdcələrini göstərdikləri xidmətə görə formalaşdırmalı idilər. Onlar da xidmət haqqını müəyyən etdilər. Təsəvvür edin, artıq konkret olaraq sınaq imtahanlarında əldə edilmiş gəlirlər əvvəlki  büdcədən dəfələrlə çoxdur. Yəni təkcə keçən il DİM qəbul və sınaq imtahanından ən aşağısı 15 milyondan çox gəlir əldə etmişdi. Halbuki, buna qədər 7 milyon manatla bütün tapşırıqlar yerinə yetirilirdi. Məsələn, sınaqların  qiyməti 20 manatdır. Amma aprelin 1-də  keçirilən sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarına baxanda görürük ki, qeyd edilən suallar köhnədir. Yəni  dövlət büdcəsinin vəsaiti hesabına vaxtilə alınmış testlərdir. Belə çıxır ki, DİM adambaşına müəyyən etdiyi 20 manat xərci keçməyib.

Bəzən deyirlər ki, imtahan binalarına görə pul xərclənir. Bu, belə deyil. Rəsmi olaraq müraciətimdən sonra məlum oldu ki, DİM və ya hər hansı bir qurum Təhsil Nazirliyinin məktəblərindən istifadə etdiyinə görə kirayə haqqı ödəmir. Yalnız  imtahan nəzarətçilərinə pul verilir və bu da böyük məbləğ deyil. Bir imtahan nəzarətçisinə 20, 30 və ya 50 manata vəsait ödənir”.

“Ortaya qoyulmuş xidmət haqqı reallığı əks etdirmir”

Ekspert qeyd edib ki, imtahan qiymətlərinin bu qədər yüksək olması imtahan iştirakçılarının sayına kəskin şəkildə təsir edir:

“2016-cı ilə qədər adi sınaq imtahanında 50 mindən çox abituriyent iştirak edirdisə, 2017-2018-ci illərdə keçirilən imtahanda 23 min nəfər iştirak edib. Təsəvvür edin, 2016-cı ilin qəbul imtahanalarında 110 min nəfər iştirak edirdisə, 2017-ci ilin qəbul imtahanlarında 79 min nəfər iştirak edib. Qəbul imtahanlarının təkrar keçirildiyini də nəzərə alsaq, əldə edilən gəlirlərin 2 dəfə çoxaldığını da deyə bilərik. Ortaya qoyulmuş xidmət haqqı heç də reallığı əks etdirmir.

Bundan başqa, sualların təkrar olması abitruyentlərin biliklərinin yoxlanmasına imkan vermir. Çünki həmin abitruiyentlər həmin sualları sinif testində, test bankında görüblər. Bunların təkrar işlənməsi abitruyentlərin biliklərinin ölçülməsinə xidmət etmir”.

“DİM-in keçirdiyi imtahan nəticələri Azərbaycandan başqa heç bir yerdə tanınmır”


Müsahibimizin sözlərinə görə, DİM-in keçirdiyi imtahanların heç bir üstünlüyü yoxdur:


“Düzdür , DİM bir test sualına görə müəllifə, onu yoxlayana, onu yazana da vəsait ayırır. Hətta burada kağız çapı da var. Baxın , 125 sualın hər birinə görə müəllifə 1 manat pul ödənir. Bu da 125 manat edir, onu yoxlayana 50 qəpik verilir. Bir sual kitabçası bütünlükdə DİM-ə 300 manata başa gəlir. Amma imtahanda hər kəsə ayrı-ayrılıqda sual kitabçası verilmir ki. Bir variant sual kitabçası hazırlanır və 25 min nəfərə o sual kitabçası verilir. Bu zaman  həmin 300 manat 25 min nəfər arasında bölünür, yalnız burada kağız və çap xərcləri əlavə olunur. Kağız da maksimum 1 qəpikdir. Yəni bu imtahan qiymətləri heç də real deyil. Düzdür, dünyada bahalı imtahanlar var. Məsələn, İELTS imtahanı 250 manatdır. Lakin o imtahan nəticələri dünyanın 200-dən çox ölkəsində tanınır. Kanadadan tutmuş Avstriliyaya qədər bütün ölkələr həmin imtahan nəticələrini qəbul edir. Amma DİM-in keçirdiyi imtahan nəticələri Azərbaycandan başqa heç bir yerdə tanınmır. Yəni bu imtahanların hər hansı üstünlüyü yoxdur”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Şəhərin 90 faizi azad edildi
18.07.2018, 20:29

Şəhərin 90 faizi azad edildi

UNEC-in gənc startapçıları yay düşərgəsində - FOTO
18.07.2018, 20:14

UNEC-in gənc startapçıları yay düşərgəsində - FOTO

“Torpaqlarımız işğaldan azad edildikdə ANAMA-nın üzərinə böyük iş düşəcək” – Fuad Ələsgərov
18.07.2018, 20:02

“Torpaqlarımız işğaldan azad edildikdə ANAMA-nın üzərinə böyük iş düşəcək” – Fuad Ələsgərov

Şimali Kipr sahillərində gəmi-bərə batdı-16 ölü, 30 itkin
18.07.2018, 19:58

Şimali Kipr sahillərində gəmi-bərə batdı-16 ölü, 30 itkin

Zakir Həsənov ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşdü
18.07.2018, 19:48

Zakir Həsənov ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşdü

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb
18.07.2018, 19:38

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb

“Barselona”nın futbolçusu məscid tikdirəcək
18.07.2018, 19:27

“Barselona”nın futbolçusu məscid tikdirəcək

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib
18.07.2018, 19:16

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib

“Avroviziya”ya ilkin razılıq verən ölkələr müəyyənləşdi
18.07.2018, 19:06

“Avroviziya”ya ilkin razılıq verən ölkələr müəyyənləşdi

Trampın istəyi: Daha bir ölkə hərbi xərclərini artırır
18.07.2018, 19:00

Trampın istəyi: Daha bir ölkə hərbi xərclərini artırır

Aleksis Sançes ABŞ-a buraxılmadı
18.07.2018, 18:49

Aleksis Sançes ABŞ-a buraxılmadı

Xəzərdə 58 yaşlı kişi boğulub
18.07.2018, 18:42

Xəzərdə 58 yaşlı kişi boğulub

ANAMA 20 il ərzində 53 min ha ərazini minalardan təmizləyib
18.07.2018, 18:30

ANAMA 20 il ərzində 53 min ha ərazini minalardan təmizləyib

İlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"
18.07.2018, 18:20

İlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"

Məmmədyarov italiyalı həmkarı ilə görüşüb          
18.07.2018, 18:10

Məmmədyarov italiyalı həmkarı ilə görüşüb      

“Asan nömrə”lərin aylıq ödənişi niyə artırıldı? - Azercell AYDINLIQ GƏTİRDİ
18.07.2018, 18:01

“Asan nömrə”lərin aylıq ödənişi niyə artırıldı? - Azercell AYDINLIQ GƏTİRDİ

Saakaşvilinin appelyasiya şikayəti qəbul olunmadı
18.07.2018, 17:55

Saakaşvilinin appelyasiya şikayəti qəbul olunmadı

Bu il Bakıda 40 min piyada cərimələnib
18.07.2018, 17:47

Bu il Bakıda 40 min piyada cərimələnib

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
18.07.2018, 17:34

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Nazpəri Dostəliyeva fəlsəfə doktoru oldu
18.07.2018, 17:30

Nazpəri Dostəliyeva fəlsəfə doktoru oldu

İtaliya prezidentinin Bakı səfəri Azərbaycana nə verə bilər? - ŞƏRH  
18.07.2018, 17:04

İtaliya prezidentinin Bakı səfəri Azərbaycana nə verə bilər? - ŞƏRH  

Bakıda daha bir ərəb turist oteldə öldü - FOTOLAR
18.07.2018, 16:52

Bakıda daha bir ərəb turist oteldə öldü - FOTOLAR

Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ: “Radarlar heç kimə fərq qoymayacaq”
18.07.2018, 16:52

Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ: “Radarlar heç kimə fərq qoymayacaq”

Bölgələrimizdə yerli və xarici turistləri “soyurlar”
18.07.2018, 16:47

Bölgələrimizdə yerli və xarici turistləri “soyurlar”

Azərbaycanda monopoliya əleyhinə yeni tədbirlər görülür - RƏSMİ   
18.07.2018, 16:01

Azərbaycanda monopoliya əleyhinə yeni tədbirlər görülür - RƏSMİ  

Rusiyalı hərbçilər erməni kəndinə tankla hücum etdilər
18.07.2018, 15:53

Rusiyalı hərbçilər erməni kəndinə tankla hücum etdilər

“Diasporun Dostları Klubu” yaradılıb
18.07.2018, 15:52

“Diasporun Dostları Klubu” yaradılıb

Bakıda tuneli bağlayıb əylənən gənclər saxlanıldı - VİDEO
18.07.2018, 15:51

Bakıda tuneli bağlayıb əylənən gənclər saxlanıldı - VİDEO

Qarpız-yemiş niyə ucuzlaşmır? - Araşdırmaçı jurnalist SƏBƏBLƏRİ açıqladı
18.07.2018, 15:39

Qarpız-yemiş niyə ucuzlaşmır? - Araşdırmaçı jurnalist SƏBƏBLƏRİ açıqladı

Nəsimi rayon İcra Hakimiyyəti jurnalistləri mükafatlandırdı - FOTOLAR
18.07.2018, 15:32

Nəsimi rayon İcra Hakimiyyəti jurnalistləri mükafatlandırdı - FOTOLAR

İki nazirlik cərimələrin məbləğini AÇIQLADI
18.07.2018, 15:31

İki nazirlik cərimələrin məbləğini AÇIQLADI

Jurnalist təşkilatları Mətbuat Gününə nə hazırlayıblar? - Sədrlər CAVAB VERDİ   
18.07.2018, 15:25

Jurnalist təşkilatları Mətbuat Gününə nə hazırlayıblar? - Sədrlər CAVAB VERDİ  

Kılıçdaroğluna qarşı araşdırma başlanıldı
18.07.2018, 15:20

Kılıçdaroğluna qarşı araşdırma başlanıldı

Azərbaycanda ən çox tutulan narkotik vasitə bunlardır  
18.07.2018, 15:13

Azərbaycanda ən çox tutulan narkotik vasitə bunlardır  

“Google” 4,3 milyard avro CƏRİMƏLƏNDİ
18.07.2018, 15:06

“Google” 4,3 milyard avro CƏRİMƏLƏNDİ

ARXİV