Modern.az

Bakı Nəqliyyat Agentliyi sərnişindaşımada yeniliik edəcək

Bakı Nəqliyyat Agentliyi sərnişindaşımada yeniliik edəcək

İqtisadiyyat

4 Aprel 2018, 21:31

Bakı Nəqliyyat Agentliyinin (BNA) Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilən Nizamnaməsinə uyğun olaraq, quruma verilən səlahiyyətlər çərçivəsində paytaxtın inzibati ərazisində yol hərəkətinin təşkili, sərnişindaşıma sahəsində tənzimləməni və dövlət nəzarətini daha təkmilləşdirilmiş formada həyata keçirmək mümkün olacaq.

Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib.

BNA rəsmisi bildirib ki, bu prosesdə diqqət yetirilməli olan əsas məqamlardan biri sənişindaşıma sahəsində mövcud olan və elə sərnişinləri də ciddi narahat edən bir çox məsələlərin həllinə imkan verəcək tədbirlərin görülməsinə əlverişli şərait yaradılmasıdır:

"Bilirsiniz ki, bu gün sərnişindaşıma fəaliyyəti ilə məğul olan bir çox fiziki və hüquqi şəxslər istehsalat bazalarına malik deyillər və ya mövcud bazalar qoyulan tələblərə cavab vermir. Bu gün sərnişindaşımada mövcud olan problemlərin əsas qaynağı məhz istehsalat bazasının olmaması və ya tələblərə cavab verəcək səviyyədə olmamasıdır. Bakı Nəqliyyat Agentliyi bu fərmanla verilən səlahiyyətdən istifadə edərək bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində işləri intensivləşdirəcək".

Parkomatlarla bağlı məsələyə gəlincə, M.Ağayev bildirib ki, Agentliyin mütəxəssisləri tərəfindən bu sahədə paytaxt ərazisində mövcud vəziyyət təhlil ediləcək və bundan sonra konkret fəaliyyət planı hazırlanaraq həyata kecirilməsi təmin ediləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi