Modern.az

"ABŞ bu müharibəni uduzub" - Trampın acı etirafı

"ABŞ bu müharibəni uduzub" - Trampın acı etirafı

5 Aprel 2018, 00:22

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Çinə qarşı ticarət müharibəsində hələ uzun illər əvvəl məğlub olduğunu bəyan edib.

Modern.az  xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Twitter” səhifəsində açıqlama verib.  

“Biz hazırda Çinlə ticarət müharibəsi aparmırıq. Bu müharibəni ABŞ hökumətini təmsil edən axmaq və səriştəsiz insanların ucbatından uzun illər əvvəl uduzmuşuq. İndi bizimlə Çin arasında illik ticarət kəsri  500 milyard dollar həcmindədir, onlar (Amerikanın) 300 milyard dollar dəyərində intellektual mülkiyyətini oğurlayıb. Biz bunun belə davam etməsinə yol verə bilmərik” deyə Tramp bildirib.

Xatırladaq ki, aprelin 3-də ABŞ hökuməti, barəsində 25 faizlik idxal rüsumunun tətbiq olunduğu 1300-ə yaxın  Çin məhsulunun  siyahısını dərc edib.  Vaşinqton açıq şəkildə bildirir ki, bu qərarla Pekini ABŞ məhsulları ilə bağlı intellektual haqları pozduğuna görə cəzalandırır.

ABŞ hökuməti bu ölçülərin arada olan ticarət kəsrini azaldacağına ümid edir.  

Vaşinqtonun qərarı cavabsız qalmayıb. Aprelin 4-də Çin rəhbərliyi, ölkədə 100 ABŞ məhsuluna qarşı 25 faizlik idxal rüsumunun tətbiq olunacağını elan edib. Habelə sərəncamın qüvvəyə minəcəyi tarix barədə məlumat verilmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir