Modern.az

“Dövlət idarəetmə sistemində islahatlara çox ciddi ehtiyac var” - Deputatdan TƏKLİFLƏR  

“Dövlət idarəetmə sistemində islahatlara çox ciddi ehtiyac var” - Deputatdan TƏKLİFLƏR   

5 Aprel 2018, 11:20

“Prezident seçkiləri hər bir ölkənin həyatına xüsusi yer tutur. Əvvəlcə prezidentlik uğrunda mübarizəyə qoşulan namizədlər seçildiyi təqdirdə   həyata keçirəcəyi daxili və xarici siyasətin  əsas məqamlarndan ibarət proqramlarını ortaya qoyur və təbliğat mexanizmləri vasitəsilə həmin proqramın rəqiblərindən hansı cəhətlərinə görə üstün olmasını cəmiyyətə catdırmağa çalışırlar. Seçildikdən sonra isə irəli sürdüyü və xalq qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə başlayır. Onun həmin öhdəlikləri nə dərəcədə yerinə yetirə bilməsi beynəlxalq praktikadan məlum olan bir sıra siyası, iqtisadi, sosial xarakterli  indekatorlar  vasitəsilə  müəyyənləşdirilir, bu isə onun növbəti seçkilərdə şansını müəyyən edir. Bizdə də namizədlər öz platformalarını debatlar, əhali ilə görüşlər, birbaşa ünsiyyət və sosial şəbəkələr vasitəsilə çatdırırlar. Seçki marafonu zamanı fikir toqquşmaları və qarşılıqlı tənqidlərin olmasını təbii və zəruru hesab edirik. Çünki görülən işlərlə yanaşı, həm də həllini gözləyən o qədər problem var ki... Təkzibedilməz arqument və faktlarla əsaslandırılan tənqid  həmin problemlərin həllinin sürətləndirilməsinə əlavə impuls vermiş olar”.


Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

Deputat bildirib ki, seçkilər zamanı ehtiraslar coşanda bəzi “artıq-əskik” ifadələr də işlədilir.


“Amma bu,  əksər normal ölkələrdə olduğu kimi, epizodik və keçici xarakterdən uzağa getməməlidir. Ona görə də prezident seçkisi öncəsi xaricdən Azərbaycana yönələn təhdid və təzyiqlərin dozasının xeyli artdığını və siyasətdə təsadüfi heç nəyin olmadığını, bu seçkidən dəyişiklik gözlənilmədiyini xatırlatmaqla, tənqidlə təhqirin bir-biri ilə qarışdırılmasını, siyasi mübarizənin, heç bir yaxşı perspektivi gözlənilməyən  söyüş müstəvisinə çıxarılmasını, xüsusən də bunun ailə üzvlərinə, qadınlara qarşı  tətbiqini milli dəyərlərimizə zidd və yolverilməz, həm də ölkə və cəmiyyətimiz üçün ziyanlı  hesab edir, münasibətlərin sivil formada aydınlaşdırılmasına üstünlük verilməsini zəruri sayırırq. O ki qaldı seçkidən sonrakı proseslərə, bu məsələdə cəmiyyətin müəyyən gözləntiləri var. İqtisadi inkişafın yeni-postneft  mərhələsinə keçid və bu mərhələdə də yüksək templi müsbət dinamikanın təmin edilməsi, inkişafın yaratdığı dəyişiklik və bəzi problemləri qavramağa, adekvat reaksiya verməyə və tədbirlər görməyə qadir olan çevik və mükəmməl dövlət və iqtisadi idarəçilik mexanizminin olmasını tələb edir”.


Əli Məsimli deyib ki, iqtisadi inkişafın yeni mərhələsinin tələblərinə cavab verən islahatların sosial-iqtisadi və digər nəticələrinin yüksəldilməsindən ötrü eyni zamanda həm də Azərbaycanda cəmiyyət həyatının əksər sahələrində, xüsusən də dövlət idarəetmə sistemində sistemli  islahatlara çox ciddi ehtiyac var:


“Bəli, prezident seçkilərindən sonra Nazirlər Kabinetinin istefaya göndərilməsi məsələsi mətbuatda müxtəlif şəkildə interpretasiya edilsə də, əslində bu, Konstitusiyanın  tələbidir. Ona görə də prezident seçkilərindən sonra Konstitusiyaya  uyğun olaraq belə bir addım atılacaq. Açığını deyim ki, yaxın perspektivdə idarəetmənin təşkilatı strukturunun təkmilləşdirilməsi və bunun kadr islahatları ilə tamamlanması sahəsində radikal və çoxsaylı dəyişikliklərinin olacağını düşünmürəm. Amma təbii ki, ötən il xüsusi vüsət almış kadr islahatları ilə müşayiət olunan struktur islahatları prezident seçkilərindən sonra da davam etdiriləcək. Bu məsələ ilə bağlı atılan və atılacaq addımlar konkret proqramda nəzərdə tutulan  vaxt kəsiyində həyata keçiriləcək. Ona görə də idarəetmənin təşkilatı strukturunun təkmilləşdirilməsi və bunun kadr islahatları ilə tamamlanması məsələsinin konkret detalları barədə  bir söz deyə bilmərik. Amma dəyişikliklər olacaq.  Məsələn, Vergilər Nazırliyi ilə Gömrük Komitəsi bir qurumda birləşdirilə bilər. Başqa birləşmələr və ya hansısa qurumdan bir bölmənin çıxarılıb başqa nazirliyə və ya digər dövlət qurumuna verilməsi baş verə, dövlət qurumlarının publik hüquqi şəxs statuslu qurumlara çevrilməsinin davam etdirilməsi və sair ola bilər. İdarəetmə sahəsində koordinasiya işinin gücləndirilməsi sahəsində də addımlar atıla bilər”.


Deputat qeyd edib ki, islahatlar zamanı faydalını saxlayıb inkişaf etdirmək, faydasızı islah etmək prinsipinin önə çəkilməsini vəziyyətdən az itki ilə çıxmağın vacib şərti hesab edir.


“Bu baxımdan idarəetimənin təşkilati strukturunun kadr islahatları da daxil olmaqla bizm hazırladığımız İnnovasiyalı İnkişaf Modelinin tələblərinə müvafiq sürətdə təkmilləşdirilməsi istiqamətində aşağıdakı addımların atılmasını zəruri hesab edirik:

 
1. İdarəetmənin çevikliyinin və səmərəliliyinin artırılmasının əsas şərtlərindən və dövlət xərclərinə qənaətin əsas mənbələrindən biri kimi, idarəetmənin təşkilatı strukturunun təkmilləşdirilmsinə yönəlik islahatların iqtisadi azadlıqların və şəffaflığın artırılmasına, ictimai nəzarətə geniş meydan verən və cəmiyyət həyatının bütün sahələrinədə korrupsiyaya, inhisarçılığa, bürokratiyaya, məmur özbaşınalıqlarına son qoymağa yönəlmiş radikal islahatlarla əlaqəli şəkildə həyata keçirilməsi.


 2. İdarəetmənin təşkilati strukturunun kadr islahatları da daxil olmaqla insan inkişafının prioritet təşkil etdiyi və tədricən dominantlığına əsaslanan innovasiyalı inkişaf modelinin tələblərinə müvafiq sürətdə təkmilləşdirilməsi.

Bura aşağıdakı məqamları aid edirk:

 -Dövlət idarəetmə və tənzimlmə sisteminin əsaslı surətdə modernləşdirilməsi, dünyada gedən proseslərə operativ reaksiya verən və operativ qərarlar qəbul edən “çevik və kiçik hökumət” modelinə keçilməsi. Bu əsasda idarəetmənin çevikliyinin artırılması və səmərəliliyinin yüksəldilməsi. İqtisadiyyatın çevik tənzimlənməsi sahəsindəki qeyri-müəyyənliyin və hadisələrin arxasınca sürünməsi hallarının aradan qaldlrılması, koordinasiya işinin səmərəliliyinin artırılması;

 -İdarəetmənin təşkilatı strukturunun əsaslı surətdə təkmilləşdirilməsinin vacib şərti kimi idarəetmədə sahə prinsipinə üstünlük verən modeldən funksional prinsipə üstünlük verən modelə keçilməsi;

 -Nazirlik, dövlət komitələri, idarə, digər dövlət orqanlarının əsasnamələrinin və digər müvafiq sənədlərinin təhlili və reallıqları nəzərə almaqla bir-birini təkrarlayan strukturın aradan qaldırılması, lazımsız dövlət qurumlarının birləşdirilməsi və ya ləğv olunması, əsaslandırılmış ixtisarların həyat keçilməsi və sair istiqamətdlərdə elmi və praktiki cəhətdən özünü doğruldan addımların atılması;

 -Regionların idarə edilməsi siteminin səmərəliliyini artırılmaısna yönəlik təsirli tədbirlərin görülməsi;

 -Elektron hökumət layihəsinin tətbiqinin səmərəliliyinin artırılması;

 -“Asan xidmət”in tətbiq dairəsinin genişləndirilməsi.


 3. İnsan inkişafının prioritet təşkil etdiyi İnnovasiyalı İnkişaf Modelinə keçid prosesesini maksimum sürətləndirməkdən ötrü ölkədə və xaricdə ixtisaslı kadrların hazırlanması sahəsində fəaliyyətin genişləndirilməsi, beynəlxalq meyarlara uyğun texnokratların formalaşması işinin dəstəklənməsi.


 4. İnsan inkişafının prioritet təşkil etdiyi İnnovasiyalı İnkişaf Modelinə keçidin reallaşdırılmaısnda və Azərbaycanın yenidən iqtisadi inkişafının sürətləndirilməsində ölkənin həqiqətən öz işini yükək səviyyədə bilən əsl professionallar, texnokratlar, güclü kadrlarla yanaşı istedadlı gənclərin rolunun artırılması və onların innovativ genaratora çevrilməsinin işlək mexanizminin hazırlanıb tətbiq edilməsidir”.

 

Deputat bildirib ki, struktur və kadr islhatlarının real nəticələri dövlət idarəetmə sisiteminin keyfiyyətinin, səmərəliliyinin, rəqabət qabiliyyətinin, çevikliyinin artmasına, ölkənin sosial-iqtisadi inkiafının sürətlənməsinə və əhalinin güzəranını yaxşılaşdırılmasına verilən töhfəyə yönəlik meyarlarla ölçülməlidir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir