Modern.az

“Kanal 13”ün rəhbəri azadlığa buraxıldı

“Kanal 13”ün rəhbəri azadlığa buraxıldı

5 Aprel 2018, 11:44

Bu gün Ali Məhkəmədə “Kanal 13” İnternet Televiziyasının rəhbəri Əziz Orucovun kassasiya şikayətinə baxılıb.

 

Bu haqda Modern.az-a Əziz Orucovun vəkili Vəkili Cavad Cavadov  bildirib.

 

Onun sözlərinə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Ə.Orucovun ittiham edildiyi qanunsuz sahibkarlıq (192-ci maddə) maddəsinə xitam verilib və bu epizod üzrə günahı olmadığı bildirilib.

 

Cinayət Məcəlləsinin 308-2-ci maddəsi üzrə ittiham 308.1-ci bəndə tövsif edilib. Ə.Orucova 3 il sınaq müddəti olmaqla şərti cəza verilib. Ə.Orucov özü prosesdə iştirak etməyib, yaxın saatlarda saxlanıldığı təcridxanadan azadlığa buraxılacaq.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Orucov 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?