Modern.az

\"Münaqişələrin sayını azaltmaq lazımdır\" - BMT rəsmisi Bakıdan dünyaya SƏSLƏNDİ 

\

5 Aprel 2018, 12:26

“Münaqişələrin qarşısının alınması dayanıqlı inkişafın əsas prinsiplərindən biridir”.

 

Modern.az xəbər verir ki, bunu Bakıda Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin aralıq nazirlər konfransı zamanı BMT Baş Assambleyasının prezidenti Miroslav Layçak deyib.

 

O qeyd edib ki, dünyada münaqişələr davam edənədək əhali sosial və iqtisadi inkişafa nail ola bilməyəcək:

 

“Biz dayanıqlı inkişafa nail olmaq üçün səyləri gücləndirməliyik. Bu gün zənginlərlə yoxsullar arasında fərq böyüyür, insanların müharibələri bitirmək çağırışları diqqətə alınmır. Gözəgörünməz müharibə gedir. Bu çətinliklərlə mübarizə aparmaq üçün birləşməliyik”.

 

M.Layçakın sözlərinə görə, dayanıqlı inkişafa nail olmağın vacib prinsiplərindən biri də inkişafla sülh arasındakı əlaqədir:

 

“Bu gün bütün dünyada gənclər ekstremist qüvvələrin təsirinə məruz qalır. Hesab edirəm ki, bizm burada keçirdiyimiz və keçirəcəyimiz danışıqlar bunun qarşısına almağa kömək edəcək. Biz təhlükəsizlik, sülh və dayanıqlı inkişaf arasında əlaqə yaratmalıyıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı