Modern.az

Prezidentliyə namizəd Pirallahda - Görüşdən FOTOLAR  

Prezidentliyə namizəd Pirallahda - Görüşdən FOTOLAR    

Aktual

5 Aprel 2018, 16:51

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, “Cəbhəçilərin Təşəbbüs Qrupu”nun prezidentliyə namizədi Razi Nurullayev seçkiqabağı təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü Bakının Pirallahı rayonunda keçirib.

Cebhe.info xəbər verir ki, Pirallahı Qəsəbə İdman Kompleksində baş tutan görüş Azərbaycan dövlət himnilə başlayıb.

Ardınca prezidentliyə namizəd Razi Nurullayev çıxış edərək seçki proqramında yer alan bir sıra məsələlər haqqında danışıb. AXCP sədri görüş iştirakçılarını maraqlandıran yeni iş yerlərinin açılması, sosial problemlərin qısa zamanda həlli, bank borclarının silinməsi və digər məsələlərə toxunub.

Prezidentliyə namizəd çıxışı zamanı həmçinin sivil münasibətlərin tərəfdarı olduğunu və xalqın problemlərinin ancaq bu cür həll oluna biləcəyinə dair mövqeyini bölüşüb. Görüşün sonunda prezidentliyə namizəd seçicilərin problemlərini dinləyib, suallarını cavablandırıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!