Modern.az

Nazirlər Kabineti gələn ilin bayram günləri barədə qərar verdi

Nazirlər Kabineti gələn ilin bayram günləri barədə qərar verdi

26 Noyabr 2009, 19:09

Modern.az Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki,  Baş nazir Artur Rasizadə noyabrın 26-da 2010-cu il üçün Novruz, Ramazan, Qurban  bayramları haqqında 183 saylı qərar imzalayıb. Nazirlər Kabineti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına əsasən, Nazirlər Kabineti 2010-cu ildə 20, 21, 22, 23, 24 mart tarixlərinin Novruz bayramı, 9, 10 sentyabrın Ramazan bayramı, 16, 17 noyabrın Qurban bayramı olmasını qərara alıb. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilməyəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı