Modern.az

İlham Əliyev:Azərbaycan mətbəxi çox dadlıdır, lakin çox təhlükəlidir

İlham Əliyev: “Azərbaycan mətbəxi çox dadlıdır, lakin çox təhlükəlidir”

6 Aprel 2018, 09:09

“Əlbəttə, hər bir xalqın mətbəxi onun mədəniyyətinin, ənənələrinin və imkanlarının göstəricisidir. Azərbaycan mətbəxi çox rəngarəngdir, çox dadlıdır, lakin çox təhlükəlidir”.

Modern.az  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib. 

“Bəs təhlükə nədən ibarətdir”
sualına İlham Əliyev belə cavab verib:Təhlükə məhz nəzarətsiz çəki artımındadır”.

Dövlət başçısı bildirib ki, o, gündəlik həyatında sui-istifadə etməməyə çalışır:

“Hərçənd, əlbəttə, hesab edirəm ki, Azərbaycan mətbəxindən dadlı heç nə yoxdur. Düşünürəm ki, hər bir xalqın nümayəndəsi öz mətbəxini xoşlayır. Mən də istisna deyiləm. Lakin gündəlik həyatımda hər halda bir qədər uzaq durmağa çalışıram. Azərbaycan mətbəxindən xoşladığım yeməklərə gəldikdə isə deməliyəm ki, mən bu yeməklərin praktiki olaraq hamısını xoşlayıram. Lakin ən çox xanımım Mehribanın hazırladığı yeməkləri xoşlayıram. Bu məsələdə o, yaxşı mütəxəssisdir, əlbəttə, mənə və ailəmizin bütün üzvlərinə çox sevinc bəxş edir, özünün kulinar əsərləri ilə bizi sevindirir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi