22 sentyabr 2018, Şənbə
Ana Səhifə - İQTİSADİYYAT - Mənzillərin güzəştli satışına BAŞLANILIR
Mənzillərin güzəştli satışına BAŞLANILIR
06.04.2018, 09:29

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı başlayır.

 

MİDA-dan Modern.az-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı 7 may 2018-ci il tarixində saat 10:00-da başlayacaq və 7 avqust 2018-ci il tarixi saat 10:00-dək davam edəcək.

 

Prezidentin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

 

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir. Həmin şəxslər elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edir) əsasında mənzilləri seçə biləcəklər. “Güzəştli Mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

 

Satışa 260 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

 

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunur. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 15.11.2016-cı il tarixli 22880 nömrəli və 27.12.2016-cı il tarixli 23089 nömrəli müsbət rəyləri mövcuddur.

 

Mənzillərə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilib.

Prezidentin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 1.2.10-cu yarımbəndi və 3.2-ci bəndinə əsasən vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub.

 

1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayır.

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

 

Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

 

İllik faiz dərəcəsi

Müddət

Minimal ilkin ödəniş

Aylıq ödəniş*

1 otaqlı

2 otaqlı

3 otaqlı

4%

3-30 il

10%

129-136 manat

203-236 manat

282-288 manat

* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

 

DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

 

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:

 

Otaqların sayı

Mənzilin qiyməti

(manat)

Əlavə endirim məbləği

(manat)

Əlavə endirimdən sonra

mənzilin satış qiyməti

(manat)

1

29 925

2 993

26 932

2

47 282

4 728

42 554

3

65 626

6 563

59 063

 

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.azinternet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı və Sumqayıt), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış olmaq mümkündür.

 


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Tramp BMT-nin İranla bağlı iclasına sədrlik edəcək
22.09.2018, 00:59

Tramp BMT-nin İranla bağlı iclasına sədrlik edəcək

Törətmədiyi cinayətə görə 27 il cəza çəkən şəxs azadlığa çıxdı
22.09.2018, 00:43

Törətmədiyi cinayətə görə 27 il cəza çəkən şəxs azadlığa çıxdı

Hərbi təyyarə qəzaya uğradı: 2 ölü
22.09.2018, 00:22

Hərbi təyyarə qəzaya uğradı: 2 ölü

Türkiyə ordusu bir həftədə  56 terrorçu zərərsizləşdirdi
22.09.2018, 00:04

Türkiyə ordusu bir həftədə  56 terrorçu zərərsizləşdirdi

Sumqayıtda kişi özünü damdan atmaq istədi, amma ...
21.09.2018, 23:51

Sumqayıtda kişi özünü damdan atmaq istədi, amma ...

Jirinovski terrorçuları maliyyələşdirməkdə ittiham olunur
21.09.2018, 23:39

Jirinovski terrorçuları maliyyələşdirməkdə ittiham olunur

Xanımlar Putinə belə mane oldu - VİDEO
21.09.2018, 23:23

Xanımlar Putinə belə mane oldu - VİDEO

Şəmkirdə 18 yaşlı qız intihar etdi
21.09.2018, 23:11

Şəmkirdə 18 yaşlı qız intihar etdi

Şeyx Azərbaycan-Küveyt mənəvi əlaqələrini müzakirə etdi
21.09.2018, 22:57

Şeyx Azərbaycan-Küveyt mənəvi əlaqələrini müzakirə etdi

Bərə qəzasında ölənlərin sayı 136-ya çatdı: 4 günlük matəm
21.09.2018, 22:42

Bərə qəzasında ölənlərin sayı 136-ya çatdı: 4 günlük matəm

Azərbaycanda əməliyyat edilən xəstələrin sayı 3 dəfəyədək artıb
21.09.2018, 22:23

Azərbaycanda əməliyyat edilən xəstələrin sayı 3 dəfəyədək artıb

Nazir azərbaycanlı abituriyentlərin problemini nəzarətə götürdü
21.09.2018, 22:07

Nazir azərbaycanlı abituriyentlərin problemini nəzarətə götürdü

Türkiyə Almaniya ilə münasibətləri normallaşdırır
21.09.2018, 21:46

Türkiyə Almaniya ilə münasibətləri normallaşdırır

Qurban Qurbanov FİFA-nın tədbirindən imtina etdi
21.09.2018, 21:23

Qurban Qurbanov FİFA-nın tədbirindən imtina etdi

Göylər kəndində yeni tibb məntəqəsi açıldı
21.09.2018, 21:09

Göylər kəndində yeni tibb məntəqəsi açıldı

Qubada taxta sexinin sahibi cərimələndi
21.09.2018, 20:57

Qubada taxta sexinin sahibi cərimələndi

Bakıda Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin Forumu keçiriləcək
21.09.2018, 20:43

Bakıda Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin Forumu keçiriləcək

Bakıda NATO təlimləri - FOTOLAR
21.09.2018, 20:30

Bakıda NATO təlimləri - FOTOLAR

Ədliyyə naziri Ağstafada vətəndaşların şikayətlərini dinlədi
21.09.2018, 20:16

Ədliyyə naziri Ağstafada vətəndaşların şikayətlərini dinlədi

Liviyadakı toqquşmalarda 11 dinc sakin öldürüldü   
21.09.2018, 20:04

Liviyadakı toqquşmalarda 11 dinc sakin öldürüldü  

III Avropa Oyunlarına ev sahibliyi üçün namizədlərin qəbuluna start verilib
21.09.2018, 19:57

III Avropa Oyunlarına ev sahibliyi üçün namizədlərin qəbuluna start verilib

“Anadroid”də səhv tapanlara 3 milyon dollardan çox mükafat verilib
21.09.2018, 19:45

“Anadroid”də səhv tapanlara 3 milyon dollardan çox mükafat verilib

Bakıda daha bir ilk: bacı-qardaş dünya çempionu oldu
21.09.2018, 19:35

Bakıda daha bir ilk: bacı-qardaş dünya çempionu oldu

Avropa Liqasında ilk turun ən yaxşıları  - Foto
21.09.2018, 19:24

Avropa Liqasında ilk turun ən yaxşıları - Foto

Mərkəzi Bank dolların məzənnəsi barədə
21.09.2018, 19:14

Mərkəzi Bank dolların məzənnəsi barədə

Rihanna Barbadosun səfiri oldu
21.09.2018, 19:04

Rihanna Barbadosun səfiri oldu

Türkiyə prezidenti ABŞ-a gedir
21.09.2018, 18:53

Türkiyə prezidenti ABŞ-a gedir

Mars ekspedisiyasının bütün üzvləri əzabla öləcəklər - HESABAT
21.09.2018, 18:42

Mars ekspedisiyasının bütün üzvləri əzabla öləcəklər - HESABAT

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ
21.09.2018, 18:33

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ

Konstitusiya Məhkəməsi xarici valyuta ilə götürülən kreditlərlə bağlı qərarını açıqlayıb
21.09.2018, 18:22

Konstitusiya Məhkəməsi xarici valyuta ilə götürülən kreditlərlə bağlı qərarını açıqlayıb

Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi müəyyənləşib
21.09.2018, 18:13

Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi müəyyənləşib

UNEC-in rektoru prezident təqaüdçüləri ilə görüşüb - FOTO
21.09.2018, 18:01

UNEC-in rektoru prezident təqaüdçüləri ilə görüşüb - FOTO

Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlandı   
21.09.2018, 17:53

Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlandı  

Ərdoğan Putinlə görüşdə öz istəklərinə nail olub
21.09.2018, 17:45

Ərdoğan Putinlə görüşdə öz istəklərinə nail olub

Bərə qəzasında ölənlərin sayı 114-ə çatdı - YENİLƏNİB
21.09.2018, 17:33

Bərə qəzasında ölənlərin sayı 114-ə çatdı - YENİLƏNİB

ARXİV