Modern.az

Rusiya bunu da etdi - Amerika mətbuatı gizlinləri üzə ÇIXARIR

Rusiya bunu da etdi - Amerika mətbuatı gizlinləri üzə ÇIXARIR

6 Aprel 2018, 11:25

Rusiya “22160” layihəsi çərçivəsində yeni patrul gəmilərinin istehsalını nəzərdə tutur.

Bu yaxınlarda “22160” layihəsinin baş patrul gəmisi “Vasili Bıkov”un dənizdə ilk fotosu peyda olub.

“Vasili Bıkov”un tikintisinin tamamlandığı və ilkin sınaqlarının həyata keçirildiyi Kerçdə yerləşən “Suostroitelnıy zavod Zaliv” şirkəti tərəfindən yayımlanıb.

Gəmi Rusiya Hərbi Dəniz Donanması üçün 11 aprel 2014-cü il tarixdə Rusiya Müdafiə Nazirliyi ilə imzalanan müqavilə əsasında hazırlanıb.

Qeyd edək ki, hazırda sınaq mərhələsində olan gəminin sınaqların bitməsindən sonra donanmaya təhvil veriləcəyi gözlənilir.

 

Bu patrul gəmiləri  digər döyüş gəmiləri ilə müqayisədə kiçik ölçülərə malikdir, lakin onların zərbə gücü çox yüksəkdir. Belə gəmilərdə kifayət qədər yüksək səviyyədə innovativ konsepsiyalar mövcuddur.

 

Modern.az saytının məlumatına görə, Amerikanın hərbi sahə üzrə ixtisaslaşan “The Drive” nəşri bu gəmiyə diqqət çəkib.

 

Məlumata görə, 1300 ton su basımına malik olan gəminin uzunluğu 94 metrdir. Gəmi 6 min dəniz mili uzaqlığında məsafəni qət etməyə qadirdir və ekipaj üzvü 80 nəfərdir. Bu, kifayət qədər sürətli gəmidir.

 

Bildirilir ki, gəmi müxtəlif funksiyaları yerinə yetirə bilir – quldurlarla və terrorçularla mübarizədən tutmuş, digər əməliyyatların keçirilməsinə qədər.

Lakin hər şeydən öncə o, patrul gəmisidir, bu, təkcə sahilboyunda deyil, dəniz və okean zonalarında da hərəkət edir.

 

Bu patrul gəmisinin göyərtəsində 57 millimetrlik  A-220M artilleriya qurğusu yerləşdirilib. İki ədəd, DP-65 qumbaraatanı, həmçinin 14.5 millimetrlik toplar, “İqla” mövcuddur.

 

Gəmidə olan infra-qırmızı, teleskopik cihazlar müşahidə və izləmə üçün istifadə olunur. Güclü radiolokasiya sistemi bu gəmini hücumlardan müdafiə edir.

 

Gəmidə həmçinin kifayət qədər geniş helikopter meydançası da mövcuddur. Helikopter meydançasının altındakı geniş sahə isə bu gəminin konstruksiyasında ən maraqlı elementdir. Belə ki, burada iki konteyner yerləşdirmək mümkündür. Bura ehtiyat eniş və qalxmaq üçün nəzərdə tutulub, orada kiçik katerlər, sualtı və suüstü pilotsuz aparatlar var. Lakin sahənin əsas təyinatı budur ki, ora uzaq məsafələrdəki hədəf alan silahlar yerləşdirilsin.

Eyni konsepsiya Arktikadakı Rusiya buzqıran gəmilərində də istifadə olunur.

 

“22160” gəmiləri haqqında danışarkən, onlarda “Kalibr” qanadlı raketlərinin əsas silahlanma rolunda çıxış etməyini qeyd etmək lazımdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir