Modern.az

Bakıda konsert verən məşhur dirijorun qızı ermənilərin filminə çəkilir

Bakıda konsert verən məşhur dirijorun qızı ermənilərin filminə çəkilir

Mədəni̇yyət

6 Aprel 2018, 11:13

Rusiya Milli Filarmonik Orkestrinin və “Moskva Virtuozları” kamera orkestrinin bədii rəhbəri, baş dirijoru, SSRİ Xalq artisti Vladimir Spivakovun qızı Qarabağ separatçılarının çəkəcəkləri filmdə baş rol alacaq.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Tatyana Spivakova Qarabağ münaqişəsi haqda antiazərbaycan səpkili filmlər çəkən Civan Avetisyanın “Cənnətə açılan qapılar” filmində Sofiya rolunda oynayacaq.

Filmin ssenarisinə görə, hadisələr Qarabağ münaqişəsi dövründə baş verəcək.

 

Xatırladaq ki, aktrisanın atası Vladimir Spivakov 2012-ci ildə “Moskva Virtuozları” orkestrinin iştirakı ilə Bakıda konsert proqramı ilə çıxış etmişdi.  

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir