Arxiv
30 İyun 2018, 11:40 | ÖLKƏ
Rəsulzadənin nəvəsi: “Məhəmməd Əmin bakılı olsa da, Bakıda heykəli yoxdur” -  MÜSAHİBƏ  

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilir. Azərbaycan Prezidenti bir müddət öncə bununla bağlı müvafiq sərəncam imzalayıb. 

 

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rais Rəsulzadə Modern.az-ın əməkdaşının suallarını cavablandırıb. Onunla söhbəti təqdim edirik:

 

- Rais müəllim, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə bir sıra təkliflər irəli sürüb. O bildirib ki, Cümhuriyyət qurucularının xatirəsinin əbədiləşdirilməsi üçün Bakıda bir abidə kompleksi yaradılmalı, paytaxta və bölgələrdə Cümhuriyyət bağı salınmalıdır. Siz bu təklifləri necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, Rafael müəllimin bu təklifləri çox düzgündür. O, çox ağıllı, savadlı, müasir insandır. Çox yaxşı təkliflər irəli sürüb. Azərbaycanda Cümhuriyyət qurucularının xatirəsinin əbədiləşdirilməsi üçün Bakıda bir abidə kompleksi yaradılması, Cümhuriyyət bağının  salınması çox yaxşı olardı. O bağda ayrı-ayrı şəxsiyyətlərin heykəlləri də qoyulmalıdır. Cümhuriyyətin yaradılması Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir və o səhifəni yazanlar hər zaman xalqın qəlbində əbədi yaşayacaqlar. Ona görə də mən bütün müsbət təklifləri dəstəkləyirəm.

- Bəs sizin hansısa təklifləriniz var?

- Bəli var. Rafael müəllimin təkliflərini dəstəkləyirəm. Təklif edərdim ki, Məhəmməd Əmin Rəsulzadənin Ev muzeyi açılsın, külliyattı çap edilsin, heykəli qoyulsun. Rəsulzadə bakılı ola-ola onun Bakıda nişanı yoxdur. Ona görə hesab edirəm ki, ilk növbədə onun Ev muzeyi yaradılsın. Həmçinin, digər Cümhuriyyət qurucuları ilə bağlı da eyni təklifləri verirəm. Bildiyimə görə, Azərbaycanda Cümhuriyyət qurucuları ilə bağlı kitab çap ediləcək. Orada 200 nəfərin adı var. AXC nazirlərinin və s. Əsasən ideoloqları, üzdə olan şəxsiyyətləri qabartmaq lazımdır. 200 nəfərə Bakıda heykəl qoyulan deyil ki... Ancaq əsas simalara heykəllərin qoyulması lazımdır.

- Rəsulzadə irsinin yaşadılması ilə bağlı nələr deyə bilərsiniz?

- Rəsulzadəni sevməyən yoxdur. O, bu respublikanın banisidir. Azərbaycanın azadlığı, istiqlalı onun adı ilə bağlıdır. Rəsulzadə bütün Türk dünyasında anılır və onun xüsusi yeri var. Xalq Rəsulzadəni sevir və yaşadır. Onun mədəni irsini təbliğ etməli, bununla yanaşı, ali təhsil müəssisələrində, məktəblərdə də  uşaqlara Rəsulzadə haqqında kifayət qədər məlumat verməliyik. Tarix yanaşmalardan asılı olmayaraq, dəyişməz qalır. Onların dövrü Azərbaycan tarixinin ən şərəfli, ən şanlı səhifələridir. 



- Azərbaycanda Cümhuriyyətin 100 illiyinin qeyd edilməsini necə təsəvvür edirsiniz?


- Hələlik aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq gedir. 100 illiklə bağlı məsələ yəqin ondan sonra başlayacaq. Nazirliklərin, komitələrin, təşkilatların bəziləri tədbirlər keçirir. Bəziləri isə hələ ki keçirmir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi dövlət tərəfindən planlaşdırılıb. Görək necə olacaq. Mən Rəsulzadə irsini araşdıran tarixçi Nəsiman Yaqublu ilə birlikdə bir neçə təkliflər yazmışam. O da müvafiq orqana göndərib. Bilmirəm ki, indi bunlara necə cavab veriləcək.

- Rais müəllim, bəzi şəxslər təklif edirlər ki, xaricdə dəfn edilən Cümhuriyyət qurucularının məzarı Azərbaycana gətirilsin. İstərdinizmi babanızın məzarının Azərbaycana gətirilməsi reallaşsın?

- Rəsulzadənin məzarının bura gətirilməsi ilə bağlı müxtəlif fikirlər söylənilir. Ancaq bu bir az qəliz məsələdir. Orada dini və ideoloji məsələlər var. Hələ o biri işlər görülsün. Bu qısa bir zamanda görüləcək iş deyil. Babamın və digər qurucuların məzarının Azərbaycana gətirilməsi üçün vaxt lazımdır. Dövlətlərarası razılıq lazımdır. Əgər şərait yaranarsa, babamın məzarının gətirilməsi yaxşı olar. Olmazsa, yox. Bunu hadisələrin gedişatı və  zaman göstərər.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi" layihəsi çərçivəsində hazırlanıb. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ukraynada prezident seçkilərinin ikinci turu keçirilir 21 Aprel 2019, 10:26 Şri-Lankada 6 partlayış: 42 ölü 21 Aprel 2019, 10:08 Doğum və ölüm günü bir yerdə qeyd olunan aktrisa - Məşhur cütlüyün ailə FACİƏSİ - FOTOLAR 21 Aprel 2019, 09:49 Ermənilər cəbhədə təxribatlara davam edir 21 Aprel 2019, 09:44 Rektor gənclərə daha 10 tövsiyə verdi: “Hər işi öz zamanında görün” 21 Aprel 2019, 09:26 Bu gün 11-ci sinif şagirdləri buraxılış imtahanları verir 21 Aprel 2019, 09:21 Tanrı pıçıltısını sözə çevirə bilən xanım 21 Aprel 2019, 09:11 Bakıda mənzildən qadın meyiti tapıldı 21 Aprel 2019, 00:54 Bakıda 17 yaşlı gənc bıçaqlandı 21 Aprel 2019, 00:39 Sükut günündə 250 pozuntu 21 Aprel 2019, 00:23 Elinanın ölümündə  suçlanan icra başçısının müavini: "Videonu mən çəkmişəm" - AÇIQLAMA  21 Aprel 2019, 00:08 Sumqayıtdakı davada 2 nəfər xəsarət alıb 20 Aprel 2019, 23:38 “Akif Çovdarova 3 milyon manat verə biləcəyimi söylədim” - Tağı Əhmədov 20 Aprel 2019, 23:37 Bu ölkədə 1 milyon işçi axtarılır 20 Aprel 2019, 23:14  “Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər 20 Aprel 2019, 22:57 Moskva xatirələri - VI HİSSƏ 20 Aprel 2019, 22:55 Əkrəm İmamoğlu  İstanbul əhalisini Maltəpəyə çağırdı 20 Aprel 2019, 22:39 Məni həmişə ən çox inandığım adamlar aldadıb  - YAZIÇI 20 Aprel 2019, 22:32 Dünyanın ən yaxşı universitetlərinin adları açıqlandı: SİYAHI 20 Aprel 2019, 22:18 Prezident Azərbaycanla sərhəddə gəldi 20 Aprel 2019, 22:06 Bill Qeytsin varidatı 100 milyard dolları ötdü 20 Aprel 2019, 21:59 Qar Azərbaycanın bu yollarının bağlanmasına səbəb oldu 20 Aprel 2019, 21:43 Bolqarıstanda təyyarə qəzası 20 Aprel 2019, 21:27 Fransada  Azərbaycan məktəbi açıldı - FOTOLAR 20 Aprel 2019, 21:18 Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi… 20 Aprel 2019, 21:07 Lotu Qulinin adamı sahibkarı güllələdi 20 Aprel 2019, 20:58 95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17