Modern.az

Tramp qeyri-adi hərəkəti ilə hamını təəccübləndirdi - VİDEO

Tramp qeyri-adi hərəkəti ilə hamını təəccübləndirdi - VİDEO

6 Aprel 2018, 15:12

ABŞ prezidenti Donald Tramp  onun üçün hazırlanmış çıxışı oxumaqdan imtina edib. Modern.az xəbər verir ki, onun çıxışı Youtube-da canlı göstərilib.

 

Prezident Qərbi Vircinya şatatının Vayt-Salfer-Sprinqs şəhərində dairəvi masada çıxışı zamanı ona hazırlanmış yazını “darıxdırıcı” adlandırıb və oxumaqdan imtina edib.  

“Bu mənim çıxışım olmalı idi. Bunu oxumaq cəmi iki dəqiqənizi alacaq” -deyən Tramp vərəqi arxaya tullayıb və “bu bir balaca darıxdırıcı olacaq” deyib.

ABŞ liderinin bu çıxışı iştirakçılar tərəfindən şən alqışlar və gülüşlə qarşılanıb.

 

Trampın çıxışı vergi məcəlləsinədəki  reformalar ilə bağlı olub. Belə ki, prezident öz sələfinin etdiyi dəyişiklərin bir çoxunu dəyişərək gəlir vergisini hüquqi şəxslər üçün 35%-dən 21%-ə, xaricdən əldə olunan nəğd gəlir üçün vergi 35%-dən 15.5%-ə, qeyri-nəğd gəlirlər üçün 8%-ə endirilib. Eyni zamanda Tramp Obamanın dəyişikliklərinin əsasını təşkil edən sağlamlıq üçün icbari sığortaya görə cəriməni aradan qaldırıb.

Modern.az sizə həmin çıxışın video görüntüsünü təqdim edir. Trampın bu şousu videonun 38-ci dəqiqəsindədir.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir